Təxminən dörd həftə “dincələcək”
Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
“Arsenal” ciddi itki ilə üzləşib. London klubunun yarımmüdafiəçisi Bukayo Saka sıradan çıxıb.
O, premyer-liqanın 2-ci turunun “Lids”ə 5:0 hesabı ilə qalib gəldikləri oyunda zədələnib. Artıq tibbi müayinədən keçən 23 yaşlı futbolçunun təxminən 4 həftə yaşıl meydandan kənarda qalacağı açıqlanıb.
Sakaya bud nahiyəsində zədə diaqnozu qoyulub.
O, “Lids” üzərində qələbədə bir qolla rol oynayıb.
Yeri gəlmişkən, Bukayo ötən mövsüm “Arsenal”ın heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 12 qol vurub və 14 məhsuldar ötürmə verib.

