Icma.az
close
up
RU
Texnologiyanın təhlükəli SİMA sı... İnsanların üz ünə durub, götürmədikləri kreditləri yük edirlər

Texnologiyanın təhlükəli SİMA sı... İnsanların üz ünə durub, götürmədikləri kreditləri yük edirlər

Icma.az, Bizimyol saytına istinadən bildirir.

“SİMA” proqramı əslində insanların həyatını rahatlaşdırıb. Məsələn; banka getmədən kredit kartı sifarişi və yaxud digər xidmətlər var ki, evində oturduğun halda bu xidmətləri öz simanla təsdiqləyərək, rahat şəkildə əldə edə bilirsən. Yalnış anlaşılsa da, qeyd etməliyəm ki, “SİMA” proqramı bir qədər savadlı, sadəlövh olmayan cəmiyyətlər üçün nəzərdə tutulub. Azərbaycan cəmiyyətində isə, bu proqramdan dələduzlar insanları aldatma yolu ilə əmlaklarını ələ keçirmə vasitəsi kimi istifadə edirlər. Son zamanlar yəqin ki, sizin də nəzərinizdən qaçmayıb, bir çox vətəndaş onun adına kredit götürülməsi iddiaları irəli sürürlər. Onlar hansısa telefon operatorunun zənglərindən sonra adlarına kreditin götürülməsi halları ilə qarşılaşırlar.Həqiqətən çox maraqlıdır, siz hansısa “telefon operatoru”nun zəngi və təkidilə “SİMA” proqramını niyə açırsınız ki? Qazancınız nədir?

Bəzən insanların bu şəkildə rahatlıqla aldanmasını görəndə düşünürsən ki, “ağlın olaydı, aldanmayaydı”... Nə isə, görünür bizim cəmiyyətimizi tam şəkildə formalaşa bilməsi üçün hələ 100 illər laızm olacaq. O da ki, sual altındadır...

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dələduzlar artıq kiber cinayətlərə keçiblər. Onun sözlərinə görə, ümumiyyətlə kiber cinayətlərin törədilməsi ilə müşahidə edilən dələduzluq hallarında da, birmənalı şəkildə etibardan sui-istifadədən söhbət gedir, vətəndaşı aldadaraq onun məlumatsızlığından istifadə edərək müəyyən təsdiqləmələrlə əmlaklarını həyata keçirirlər. Hüquqşünas qeyd edib ki, bu əməllər cinayət qanunvericiliyinin təsir dairəsinə düşür.

Ramil Süleymanov / Foto: Bizimyol.info

“Burada vətəndaşların özləri də ehtiyatlı olmalıdırlar. Çünki proqram kifayət qədər normal işləyən bir proqramdır və müasir texnikanın tələblərinə uyğun şəkildə tərtib olunmuşdur. Sadəcə olaraq, insanlar əgər onu düzgün şəkildə işlədə bilmirlərsə, nəticə etibarilə zərərə uğramaları qaçılmazdır. Ona görə də məsələn, kütləvi törədilə bilən cinayətlərin qarşısını almaq üçün proqramda müəyyən məhdudiyyətlər mümkün ola bilər. Tutaq ki, bank ödənişləri və s. Bu, birmənalı şəkildə vətəndaşın telefonuna SMS kodun göndərilməsilə və ya üçlü, deməli, təsdiqləmə ilə mümkün ola bilər”-deyən hüquqşünas hesab edir ki, vətəndaşlar kibercinayətkarlığa məruz qaldığı zaman hüquq-mühafizə orqanlarına müraciət etməlidir və yaxud bank özü şübhəli əməliyyat gördükdə, buna müdaxilə etməlidir və ya tətbiqin özü bu vəziyyətə hərhansı bir şəkildə müdaxilə etməlidir.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Mart 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see192

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see174

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see164

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see160

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see144

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see138

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see137

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see136

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri