Icma.az
close
up
RU
Texnoloji, siyasi və hərbi transformasiyalar dünya tarixinin yeni bir mərhələsinin başladığından xəbər verir

Texnoloji, siyasi və hərbi transformasiyalar dünya tarixinin yeni bir mərhələsinin başladığından xəbər verir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şuşa, 15 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Dünyada ciddi dəyişikliklər baş verir. Texnoloji, siyasi və hərbi transformasiyalar, keçidlər dünya tarixinin yeni bir mərhələsinin artıq başladığından xəbər verir. Bu yeni mərhələ ayrı-ayrı ölkələrə, onların həyata keçirdiyi milli siyasətlərə bu və ya digər dərəcədə təsir göstərir və milli siyasətləri bu yenilikləri, dəyişiklikləri, təhdidləri nəzərə almağa məcbur edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib.

Əli Əhmədov çıxışında Azərbaycanın bu gün həyata keçirilən xarici siyasətinin üç əsas istiqamətini diqqətə çatdırıb: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə dünyanın, bəşəriyyətin üzləşdiyi təhdidlər, çağırışlar nəzərə alınıb, bununla əlaqədar olaraq lazımi tədbirlər görülüb və bundan sonra da görüləcək. Azərbaycanın bu gün həyata keçirilən xarici siyasətinin üç əsas istiqamətini vurğulaya bilərəm ki, bu istiqamətin birincisi Ermənistanla olan münaqişənin aradan qaldırılmasından sonra Azərbaycanın xarici siyasətində sülh gündəliyinin mərkəzi məsələyə çevrilməsidir. Sülh gündəliyinin əsas hədəfi isə Ermənistanla davamlı, etibarlı sülh müqaviləsinin hazırlanmasıdır. İnanıram ki, yaxın zamanlarda ölkələrimiz arasında belə bir sülh müqaviləsinin imzalanması yeni mərhələnin əsasının qoyulması üçün ciddi vəsilə olacaq. İkinci istiqamət əməkdaşlıq və təhlükəsizlik xəttidir ki, bu xəttin də başlıca hədəfi Azərbaycanın bütün ölkələrlə, o cümlədən bölgəmizdəki ölkələrlə hərtərəfli və etibarlı əməkdaşlığının həyata keçirilməsi və bunun milli maraqlara uyğunlaşdırılması ilə əlaqədardır. Ölkəmizin bu istiqamətdə həyata keçirdiyi siyasətin başlıca hədəfi əməkdaşlığın etibarlı zəmin üzərində qurulmasını təmin edə biləcək kommunikasiya strategiyasının, digər formada ifadə olunan Zəngəzur dəhlizinin açılması ilə əlaqədardır ki, güman edirəm, bu da mümkün olan yaxın zamanlarda Azərbaycanın əməkdaşlıq strategiyasının daha geniş ərazidə həyata keçirilməsini təmin etmək baxımından reallığa çevriləcək. Üçüncü istiqamət isə təbii olaraq, bütövlükdə bəşəriyyətin üzləşdiyi təhdidlər və çağırışlara, hər bir milli siyasətin, o cümlədən də Azərbaycanın milli siyasətinin, milli immunitetinin hazırlanması ilə əlaqədardır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyun 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see176

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see170

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see127

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri