“Təxribatçıların qulaqlarından tutub atmalı, rus agenti Qaregini zorla da olsa, uzaqlaşdırmalıyıq...”
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Ermənistanın "Respublika uğrunda" partiyasının sədr müavini Ruben Mehrabyanın sözlərinə görə, kilsə elitasının bir hissəsi hökumətə qarşı deyil, dövlətə qarşı mövqe tutub.
Moderator.az xəbər verir ki, erməni siyasətçi bu haqda "Armenian Times” qəzetinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, bütün bunlardan sonra məlum proseslər başlayıb: "səs-küy, qalmaqal, böhtan" və sonra kilsə daxilində islahatlar həyata keçirmək üçün hərəkat yaranıb.
"Kilsə öz missiyasından daha çox biznes və pul qazanmaqla maraqlanır. Bütün bunları aradan qaldırmaq üçün II Qaregin istefa verməlidir", - deyə R.Mehrabyan bildirib.
Eşmiədzindəki bugünkü toqquşmalara toxunan siyasətçi vurğulayıb ki, polisin funksiyası ictimai asayişi təmin etməkdir: "Katolikos və onun dar dairəsi partiyadaxili proseslərə müdaxilə edib və bu qüvvələrin orada olması bunun davamıdır".
"Respublika uğrunda" partiyasının sədr müavini Ruben Mehrabyanın sözlərinə görə, Rusiya Ermənistan daxilində hibrid müharibə aparır və II Qaregin (Ktriç Nersisyan) da bu müharibədə iştirak edir.
"Rusiya öz agentini geri çağıra bilər, yəni katolikosluğu Rusiya Federasiyasına təhvil verə bilər. Bunlar “5-ci kalon”, “6-cı saray”dır. Donuz tövləsi təmizlənməlidir. Bu insanlar siyasətdə olduğu müddətcə bu dövlət dövlət olmayacaq, onlar xərçəng şişidir. Onların qulaqlarından tutub atmaq lazımdır. Şirak yeparxiyasındakı lənətə gəlmiş “termit”lər bütün günü Rusiya hərbi bazasının qulluğundadırlar", - deyə o, bir daha əlavə edib: "Rusiya agenti II Qareginin qalması Ermənistan Respublikasının təhlükəsizliyinə təhdiddir, lazım gələrsə, o zorla da olsa, uzaqlaşdırılmalıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 18 Dekabr 2025 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















