Icma.az
close
up
RU
Azərbaycan nümayəndə heyəti Ankarada Forumda iştirak edir FOTO

Azərbaycan nümayəndə heyəti Ankarada Forumda iştirak edir FOTO

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə Ankarada “Türk dövlətlərinin dezinformasiya ilə mübarizə üzrə Forumu” keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev, Media ilə iş sektorunun müdiri Kamran Həsənov və həmin sektorun baş məsləhətçisi Pərvanə İbrahimova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyev, Medianın İnkişafı Agentliyinin və informasiya agentliklərinin nümayəndələrindən ibarət heyət Forumda iştirak edir.
 

Forumun əsas məqsədi Türk dövlətləri arasında dezinformasiya ilə mübarizə sahəsində koordinasiyanın gücləndirilməsi, mövcud təcrübələrin paylaşılması, informasiya təhlükəsizliyinin təmin olunması və ortaq kommunikasiya yanaşmalarının formalaşdırılmasıdır.


Forumun açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov dezinformasiyaya qarşı dayanıqlı mübarizə modellərinin strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdıraraq bildirib ki, dezinformasiyanın artan miqyası ölkələrin media ekosistemi və ictimai etimadı üçün ciddi təhdidlər yaradır və bu təhlükələrə qarşı mübarizə yalnız peşəkar jurnalistika, media savadlılığının gücləndirilməsi və dövlətlərarası həmrəylik yolu ilə mümkündür.
Diqqətə çatdırılıb ki, Azərbaycan bu istiqamətdə həm milli səviyyədə ardıcıl tədbirlər həyata keçirir, həm də Şuşa Qlobal Media Forumları və türk dövlətləri ilə birgə platformalar çərçivəsində təcrübə mübadiləsinə və əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir.
 

“Türk dünyasını hədəf alan dezinformasiya halları və onlara qarşı mübarizə tədbirləri” mövzusunda panel sessiyada çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev bildirib ki, Türk dünyasına yönəlmiş yanlış və manipulyativ informasiya axınlarına qarşı mübarizədə effektiv kommunikasiya strategiyalarının formalaşdırılması, vahid məlumatlandırma mexanizmlərinin qurulması və operativ informasiya mübadiləsinin təmin edilməsi mühüm əhəmiyyət daşıyır.


Vurğulanıb ki, dövlət qurumları arasında institusional əlaqələrin gücləndirilməsi, ictimaiyyətlə açıq ünsiyyətin təşkili, habelə strateji kommunikasiya imkanlarının koordinasiyalı şəkildə səfərbər edilməsi dezinformasiyanın təsirinin minimuma endirilməsində vacib rol oynayır.
Qeyd edək ki, Forum 18-19 dekabr tarixlərini əhatə edəcək və növbəti gün “Ortaq gələcəyin inşasında Türk mediasının rolu” mövzusunda müzakirə baş tutacaq, təqdimatlar ediləcək.











Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:366
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Dekabr 2025 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri