Icma.az
close
up
RU
Təxribatlar siyasi alətlər sırasında çox tez tez istifadə olunan vasitədir MÜNASİBƏT BİLDİRİLDİ

Təxribatlar siyasi alətlər sırasında çox tez tez istifadə olunan vasitədir MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Təxribatlar siyasi alətlər sırasında çox tez-tez istifadə olunan vasitədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, burada böyük və kiçik dövlətlər müxtəlif istiqamətlərdə, müxtəlif hədəflər çərçivəsində bundan istifadə edirlər. Amma Ermənistanın fərqli cəhəti odur ki, Ermənistanın siyasəti bütövlüklə təxribatlardan ibarətdir. Onlar bu aləti istifadə etməkdən yorulmurlar. Əlbəttə, buna əsas səbəb ondan ibarətdir ki, Ermənistan öz xeyrini gözünün, ayağının altında görə bilmədiyindən xarici qüvvələrə pənah gətirir və onların sözü ilə oturub-durur, onların idarəçiliyinə tabe olur. Bu, ilk növbədə Ermənistanın subyektivliyini itirməsi anlamına gəlir. Çünki müstəqil dövlət heç vaxt öz müqəddəratını, taleyini başqa qüvvələrə verməz. Məhz bu zəmindədir ki, biz Azərbaycan olaraq tam müstəqil dövlətik, Ermənistandan fərqli olaraq. O artıq məcburdur, özgə qüvvələrin dediyi ilə oturub-dursun. Ona görə də, sülh müqaviləsində son mərhələdə heç Ermənistanla razılığa gələ bilmirik. Yəni burada sabotaj elementləri də var, burada süründürmə də var və s.

Nə vaxta qədər Ermənistan bunlardan istifadə edəcək? O zamana qədər ki, Ermənistan özgələrin yedəyindən düşmür, öz yerişi, öz addımı ilə hərəkət etməyə başlayacaq. Ona qədər əgər bu baş verməsə, Ermənistan həmişə təxribatların girdabında qalacaq və bölgə dövlətləri üçün də problemli şəraiti formalaşdırmaqda israrlı olacaq. Amma burada bir məsələ də var. Gərək Ermənistanın siyasi rəhbərliyi, siyasi elitası bir şeyi anlasın ki, təxribatlarla heç vaxt uzun sürən yolu keçmək olmaz. Çünki onlar istər-istəməz bumerang effekti və yenidən özünə qayıdır.

İkincisi, hədəflərə çatmaqdan ötrü təxribat yolu, hilə, yalan yol özünü doğrultmur. Hədəflərə doğru əgər onlar sağlam hədəflərdirsə, ancaq insanları, toplum və xalqları mərdlik, ədalət prinsipinə inam, ona söykənmək kimi keyfiyyətlər bu yolları asanlaşdırır. Hələ ki, biz görürük ki, Ermənistan Fransanın, Hindistanın, Yunanıstanın, digər ölkələrin diktəsi ilə hərəkət edir. Digər tərəfdən də öz ölkəsinin daxilində hakim qüvvələr heç bir şey edə bilmirlər ki, insanların həyatına bir xoş ovqat gətirsinlər, onların rifahını yüksəltsinlər, onlara ümid versinlər ki, gələcəkdə artıq biz nə Azərbaycan, nə Türkiyə, nə Gürcüstan, nə də digər ölkələr ilə müharibə müstəvisinə çıxmayacağıq. Amma məhz elə o təxribatlara meyilli olduqlarında demək olar ki, hər gün bunlar yeni toqquşmaların, münaqişəli vəziyyətlərin, ümumiyyətlə, müharibənin ehtimalını yüksəldərək gedirlər".

"İlk növbədə bu, Ermənistanın özü üçün böyük təhdiddir. Çünki biz onların dəfələrlə təxribatlarını görmüşük. Onlara tutarlı cavablar vermişik. Nəhayət, elə təxribatlar aramsız şəkildə yer aldı deyə, İkinci Qarabağ müharibəsi gündəmə gəldi. Azərbaycan hücum əməliyyatını Prezident İlham Əliyevin əmri ilə həyata keçirdi. Biz öz sözümüzü dünya birliyi qarşısında inamlı şəkildə dedik. Ermənistan bu təxribatların son nəticəsindən gərək özü üçün məntiq çıxara bilsin. İnsanlar səhv edirlər, amma səhvlər müvəqqəti olanda insanlar düz yola qayıtmağı bacarırlar. Amma siz bilə-bilə səhv yoldasınızsa, bu istiqamətdə sizi uğur gözləyə bilməz.

O çağa qədər ki, Ermənistan bu təxribat məsələlərində xarici qüvvələrin əlində alət kimi qalacaq və mən onların sonunu görmürəm. Lakin yaxşı olar ki, heç olmasa siyasilər erməni xalqını da fikirləşsinlər ki, bu xalqa birinci, sabitlik, dinclik, ikincisi isə, mübadilə lazımdır. Əgər siz inteqrasiyadan danışır, Avropa İttifaqına yürüyüş edir və yanınızda olan ölkələr ilə münasibət qurmağı bacarmırsınızsa, hansı inteqrasiyadan nə qazana bilərsiniz? Deməli, inteqrasiya məsələsi sizin üçün bir söz oyunudur. Həqiqətən də, burada mürtəci qüvvələrin əlində oyuncağa çevrilməklə bölgəni gərgin şəkildə saxlamağa çalışırsınız, sabitliyi pozasınız. Bu yolun da sonu yoxdur" - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Aprel 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see191

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see161

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see160

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see152

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see151

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri