Təyyarə kimi: Çində 600 km/saat a qədər sürətlənən qatar nümayiş etdirildi
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Çinin "CRRC Changchun Railway Vehicles" şirkəti 600 km/saat sürət yığa bilən yeni nəsil maqnit yastıqlı (maglev) superqatarın prototipini təqdim edib.
Oxu.Az bu barədə aif.ru-ya istinadən xəbər verir.
Şirkətin mühəndisləri bildiriblər ki, yeni qatar misilsiz effektivliyə, yüksək təhlükəsizlik səviyyəsinə, ətraf mühitə zərərsizliyə və enerji qənaətinə malikdir.
Qeyd edək ki, Çin bu sahədə artıq böyük təcrübəyə malikdir. Hələ 2004-cü ildən etibarən Şanxayla "Pudun" beynəlxalq hava limanını birləşdirən kommersiya maglev xətti fəaliyyət göstərir. Bu xətt üzərində işləyən qatarlar maksimum 430 km/saat sürətə çatır.
Yeni sürət rekordu ilə seçilən maglev qatarın, xüsusilə Çinin iri meqapolisləri arasında işləyəcək marşrutlarda istifadə olunması nəzərdə tutulur.
Çin hökumətinin planına əsasən, yeni nəsil maglevlər üçün genişmiqyaslı kommersiya dəmir yolu xətlərinin inşasına 5 il ərzində başlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 10 İyul 2025 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















