Təyyarə magistral yolda maşınla toqquşdu Anbaan görüntülər
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-nin Florida ştatında I-95 magistralında təcili eniş edən kiçik təyyarə avtomobillə toqquşub.
Milli.Az xəbər verir ki, hadisə 08 dekabr saat 17:45 radələrində yolun cənub istiqamətində qeydə alınıb.
Təyyarə eniş zamanı hərəkətdə olan avtomobilə çırpılıb və nəticədə 1 nəfər xəsarət alıb.
"Beechcraft 55" tipli təyyarədə olan 27 yaşlı pilot və 27 yaşlı sərnişin xəsarət almayıb.
Toqquşan avtomobil isə 57 yaşlı qadının idarə etdiyi "Toyota Camry" olub. Qadın yüngül xəsarətlə xəstəxanaya aparılıb.
Hadisə yerindən yayımlanan fotolarda təyyarənin ön hissəsinin zədələndiyi, avtomobilin isə arxa və yan tərəflərinin ciddi əzildiyi görünür.
Hadisənin səbəbi hələlik açıqlanmayıb.
Federal Aviasiya Administrasiyası (FAA) təyyarə qəzası üzrə, Florida Yol Patrulu isə avtomobil toqquşması üzrə araşdırma aparır.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 10 Dekabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















