Icma.az
close
up
RU
“Təyyarə olayı”nın 1 ili hər şey yaxşı olacaqmı?

“Təyyarə olayı”nın 1 ili hər şey yaxşı olacaqmı?

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident Putinin gecikmiş açıqlaması nikbinlik yaratdı, amma...

Bu gün Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus “Embraer 190” sərnişin təyyarəsinin Qroznı səmasında vurulmasından 1 il ötür. Məlum olduğu kimi, təyyarə Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən açılan atəş nəticəsində ciddi ziyan görmüş və Qazaxıstanın Aktau aeroportu yaxınlığında qəza enişi etmişdi. Hadisə göyərtədəki 67 nəfərdən 38-nin həyatını itirməsinə, 29 nəfərin isə xəsarət almasına səbəb olmuşdu. Təyyarənin pilotları və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olundular. Bələdçi Hökumə Əliyeva və pilotlar xüsusi fədakarlıq göstərdiklərinə görə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, stüard Zülfüqar Əsədov və stüardessa Aydan Rəhimli isə 1-ci dərəcəli “Rəşadət” ordeninə layiq görüldülər. Hökumə Əliyevanın təyyarədəkiləri sakitləşdirmək üçün “hər şey yaxşı olacaq” ifadəsi hələ də qulaqlarda səslənir.

Rusiya Prezidenti Vladimir Putin bu ilin oktyabrında Tacikistanın paytaxtı Düşənbədə Prezident İlham Əliyevlə görüşündə məlum təyyarə olayına toxunaraq, faciənin rəhbərlik etdiyi ölkənin səmasında baş verdiyinə görə əvvəlki üzrxahlıqlığını xatırladıb. “Görüşümüzü ən həssas mövzudan – bizim səmamızda baş verən aviasiya faciəsindən başlamaq istərdim. O vaxt bu faciənin məhz Rusiya səmasında baş verməsinə görə üzr istədim, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verdim”, - deyən Kreml rəhbəri əlavə edib ki, Moskva təyyarənin qəzaya uğraması ilə bağlı istintaqa dəstəyini göstərir. Putinin sözlərinə görə, olaya səbəb Ukraynaya məxsus 3 PUA-nın səmada olması və Rusiya sərhədini keçməsidir: “Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən atılan iki raket AZAL-ın təyyarəsinə birbaşa dəyməyib, bir neçə metr aralıda partlayıb. Təyyarə, çox güman ki, raketin elementləri ilə deyil, qırıntıları ilə vurulub”.

Rusiya Prezidenti cənab İlham Əliyevlə görüşdə onu da bildirib ki, ölkəsi təzminat ödənilməsinə dair tələb olunan hər şeyi edəcək. Artıq il başa çatmaq üzrədir, amma Putinin haqqında söz açdığı təzminatdan xəbər yoxdur. Güman edirik olacaq. Hər halda, Kreml rəhbəri sözü boşuna deməz.

Məlum olduğu kimi, Prezident İlham Əliyev 2024-cü ilin bu günündə Sankt-Peterburqa MDB ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün Rusiyaya səfərə yollanmışdı. Dövlətimizin başçısı təyyarə qəzası haqqında ona məruzə edildikdən dərhal sonra geri dönmüş, Heydər Əliyev Beynəlxalq Aeroportuna çatan kimi müşavirə keçirmişdi: “Mən bu gün səhər MDB Zirvə görüşündə iştirak etmək üçün Bakıdan Sankt-Peterburqa təyyarə ilə uçurdum və uçuş zamanı bu faciə ilə bağlı mənə məlumat verildi. Dərhal göstəriş verdim və təyyarə geriyə – Bakıya döndü. Hələ havada ikən mənim tərəfimdən müvafiq göstərişlər verildi, Baş nazirlə danışdım, onun rəhbərliyi ilə komissiya yaradıldı. Eyni zamanda, Azərbaycan nümayəndələrindən ibarət heyət qəzanın baş verdiyi Aktau şəhərinə ezam edilmişdir. Əlavə göstəriş verildi ki, Azərbaycan həkimlərindən ibarət briqadalar da Aktau şəhərinə tezliklə ezam olunsun”.

Bəli, Azərbaycan dövləti hadisə ilə bağlı ciddi həssaslıq göstərdi. Buna qarşılıq Rusiyanın ayrı-ayrı dairələri anti-Azərbaycan təbliğatına start verdilər. Əminliklə demək olar ki, buna səbəb ölkənin xarici işlər naziri Sergey Lavrovun açıqlaması oldu. Lavrov təyyarə olayının əsl səbəbini yayındırmağa çalışdı və faciənin hava gəmimizin quşlarla toqquşması nəticəsində baş verdiyini dedi. O, hətta bir qədər də irəli gedərək elə fon yaratdı ki, sanki Azərbaycan tərəfdən hansısa reaksiya olmalı deyilmiş.

Rusiyanın baş diplomatının bu sayaq ritorikası, yumşaq desək, təəccüb doğurmuşdu. Əlbəttə, onun rəhbərlik etdiyi qurumun təyyarə olayı xüsusunda daha bir təəccüblü açıqlaması da var ki, ondan bəhs edəcəyik. Hələlik isə...

AZAL-a məxsus təyyarənin üzərində qəlpə izləri var idi və bu onun atəşə məruz qaldığını söyləməyə əsas verirdi. Amma açıq-aydın göründü ki, Rusiya tərəfi diqqəti həqiqətlərdən yayındırmaq üçün uzun müddət təbliğat aparıb. Üstəlik, jurnalist cildinə girmiş Solovyov kimi iblislər bu təbliğata aqressiv ton verərək, ölkəmizi hədələməyə keçdilər. Bu kimi neqativ təmayüllərə ən layiqli cavabı isə Prezident İlham Əliyev şəxsən özü verdi. Dövlətimizin başçısı dekabrın 29-da təyyarə qəzasında həyatını itirmiş ekipaj üzvləri ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilmiş vida mərasiminə qatıldı və mərasimdən dərhal sonra Azərbaycan Televiziyasına müsahibəsində son dərəcə prinsipial mövqe ortaya qoydu.

Əsl həqiqətlərin təyyarənin “qara qutu”sunun açılmasından sonra aşkara çıxacağını deyən Prezident İlham Əliyev, həmçinin, ilkin versiyaların, kifayət qədər əsaslı olduğunu və faktlara söykəndiyini bildirdi: “Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı. Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki, bilmirəm, ilkin olaraq kimin tərəfindən atılmış quş versiyası tamamilə gündəlikdən çıxarıldı. Ola bilər ki, təyyarə zədə alanda, zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın. Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz”.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın Rusiyadan tələbini də qətiyyətli şəkildə dilə gətirdi: “Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək”.

Təzminatdan söz düşmüşkən, Rusiya XİN-in bizi təəccübləndirməsinə keçid alaq. Belə ki, qurum bu ilin sentyabrında məlumat yayaraq, təyyarə olayı ilə bağlı sığorta ödənişlərinin həyata keçirildiyini iddia etdi. Azərbaycan XİN-in buna cavabı isə son dərəcə dəqiq və məntiqli idi: “AZAL-a və sərnişinlərə Rusiyada qeydiyyatda olan sığorta şirkəti tərəfindən sığorta ödənişlərinin həyata keçirilməsi və təyyarənin vurulması ilə bağlı ölkəmizin Rusiya Hökumətindən kompensasiya tələb etməsi məsələləri tamamilə fərqli mövzulardır: “Sözügedən şirkət tərəfindən qeyd edilən sığorta ödənişləri artıq 6 aydır həyata keçirilir. Ümumilikdə, bu ödənişlər məhz AZAL-ın sığorta müqaviləsi çərçivəsində, şirkətin təyyarəsini və sərnişinləri sığorta etməsi nəticəsində öhdəliklərə uyğun olaraq təmin edilir. Ödənişlərin məhz Rusiya sığorta şirkəti tərəfindən həyata keçirilməsi məsələsinə gəldikdə qeyd edək ki, adətən təyyarələrin sığortası müvafiq beynəlxalq sığorta şirkətləri vasitəsilə aparılır. Rusiyanın ərazisində heç bir beynəlxalq sığorta şirkətinin fəaliyyət göstərmədiyini nəzərə alaraq, AZAL təyyarəsinin sığortası Rusiya şirkəti vasitəsilə aparılıb. Beləliklə, sığorta ödənişlərinin Azərbaycanın Rusiya hökumətindən tələb etdiyi kompensasiya ilə eyniləşdirilməsi cəhdləri düzgün deyil”.

Buna qədər isə fevralın 4-də hadisə ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatı 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılmış araşdırmanın ilkin hesabatını dərc etdi. Məlumdur ki, təşkilatın yekun sənədi qəza tarixindən 1 il ərzində hazırlanmalıdır. Sözügedən hesabat hələlik açıqlanmasa da, ilkin sənəd özlüyündə hər şeyi dedi. Məsələn, qurum Rusiya tərəfinin iddiasının əksinə olaraq, oksigen balonunun partlaması ilə bağlı faktın qeydə alınmadığını, hava gəmisinin quşlarla toqquşmadığını, füzelyajda çoxsaylı dəlib keçən və kor zədələrin olduğunu, həmçinin Rusiya hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində GPS siqnallarının itdiyini vurğuladı...

2025-ci ilin martında Moskva məhkəməsi təyyarə qəzası ilə bağlı aparılan istintaqa dair sənədlərin müsadirəsinə icazə verdi. Buna dair qərar müstəntiqin prokuror tərəfindən dəstəklənən və həmin ilin yanvarında verilmiş vəsatətinə baxılaraq qəbul edildi. Məhkəmə sənədləri göstərdi ki, cinayət işi Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi tərəfindən aparılır. Yeri gəlmişkən, APA may ayında Rusiyanın hadisə ilə bağlı aparılan istintaq haqqında konkret heç bir məlumat açıqlamadığını vurğulayan informasiya yaydı. Agentlik mötəbər mənbəyə istinadən bildirdi ki, Azərbaycan tərəfi hər ay bu məsələ ilə bağlı müraciət etsə də, qarşı tərəf müxtəlif bəhanələrlə istintaqı uzadır, müraciətləri cavabsız qoyur: “Bu 5 ay ərzində Rusiya tərəfindən heç bir istintaq hərəkətləri aparılmır. Qəzanın baş verməsində günahı və məsuliyyəti olan şəxslərdən heç kim barəsində həbs qətimkan tədbiri seçilməyib”.

Sonda qeyd edək ki, bu gün də Rusiya tərəfi təyyarə olayına zəruri hüquqi qiymət verməyib. Nikbin məqam yalnız Prezident Putinin əvvəldə diqqətə çatdırdığımız açıqlamasıdır. Onu da vurğulamışdıq ki, belə bir durum Azərbaycan–Rusiya münasibətlərinə mənfi təsir göstərir. Güman edirik ki, Moskvada məsələnin mahiyyətinə varanlar tezliklə hərəkətə keçib təyyarə olayı xüsusunda zəruri mütləq prosedurları həyata keçirəcək, günahkarları cəzalandıracaq, obrazlı desək, Rusiya XİN rəhbəri S.Lavrovun vaxtilə buraxdığı quşu qəfəsə salacaqlar.

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Dekabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri