Icma.az
close
up
RU
Təyyarə qəzaları: Eyni ölkədə, eyni tarixdə iki faciəvi hadisə ARAŞDIRMA (VİDEO)

Təyyarə qəzaları: Eyni ölkədə, eyni tarixdə iki faciəvi hadisə ARAŞDIRMA (VİDEO)

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qazaxıstanda 12 il əvvəl və bugünkü tarixdə iki təyyarə qəzası baş verib.
Xezerxeber.az-ın məlumatına görə, bu gün Aktau yaxınlığında baş verən "Azərbaycan Hava Yolları" aviaşirkətinin "Embraer 190" təyyarəsinin qəzası son 15 ildə Qazaxıstanda baş verən dördüncü belə hadisədir.
25 dekabr 2012-ci ildə Şımkent yaxınlığında Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin "An-72" təyyarəsi qəzaya uğrayır, o zaman göyərtədə olan 27 nəfərin hamısı həlak olur. Bir ay sonra, 29 yanvar 2013-cü ildə Kokşetaudan uçan SCAT aviaşirkətinin təyyarəsinin Almatı hava limanı yaxınlığında qəzaya uğramasi nəticəsində isə 21 nəfər həlak olur. 27 dekabr 2019-cu il tarixində  də Astanaya uçan "Bek Air" aviaşirkətinin "Fokker 100" təyyarəsi Almatıda qəzaya uğrayıb. Baş verən qəza nəticəsində 3 nəfər həlak olub.
2019-cı ildə Efiopiyayaya məxsus  “Boeing 737” tipli təyyarə Bişoftu şəhəri yaxınlığında qalxdıqdan sonra qəzaya uğrayıb, nəticədə 157 nəfər dünyasını  dəyişib.
Bundan bir il əvvəl, 2018-ci ildə   İndoneziyaya  məxsus "Boeing 737 Max" tipli  təyyarə Qərbi Yava sahillərində suya çırpılaraq parçalanıb, 185 şəxs ölüb.
Malayziyaya  məxsus “Boeing 777-200” təyyarəsi isə 2014-cu ildə Hind okeanı  üzərində Kuala Lumpurdan Pekinə uçarkən radarlarından itib. 239 nəfər dünyasını dəyişib.
Aviasiya tarixində çox sayda insanın həyatını itirməsi ilə nəticələnən təyyarə qəzalarından biri də 2009-cu ildə 228 sərnişinin həyatını itirməsinə səbəb oldu. “Air France Flight 4472 Rio de Janeyrodan Parisə gedən uçuşunda Atlantik Okeanı üzərində uğursuz bir şəkildə havada idarəetməni itirdi. Hadisənin səbəbi isə hava sürətinin yanlış oxunması, pilotların yanılmaları və texniki nasazlıqlar nəticəsində olub.
2024-cü ildə dünyada çoxlu sərnişin təyyarəsi qəzası baş versə də, ən çox ölümlə nəticələnən qəza Braziliyada baş verib. Avqustun 9-da Braziliyanın Kaskavel şəhərindən Quarolhusa gedən Voepass Hava Yollarına məxsus “ATR-72” tipli sərnişin təyyarəsi San-Paulu əyalətinin şimalındakı Vinhedo şəhərində yaşayış məntəqəsinə çırpılıb. Qəza nəticəsində 58 sərnişin və 4 ekipaj üzvü olmaqla ümumilikdə 62 nəfər həlak olub.
Statistik məlumatlara əsasən, ötən il dünya üzrə qurbanların sayı 111 nəfər olmaqla 7, 2022-ci ildə 168 nəfər olmaqla 3 , 2021-ci ildə  isə 158 nəfər olmaqla 4 təyyarə qəzası baş verib.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının  hesabatına əsasən hər 830 min uçuşa bir qəza düşür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:372
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Dekabr 2024 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri