Icma.az
close
up
RU
Təyyarə qəzasında yaralananların SON DURUMU YENİLƏNİB

Təyyarə qəzasında yaralananların SON DURUMU YENİLƏNİB

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanan sərnişinlər ötən gün Bakıya gətirilib. Yaralılar “Yeni Klinika”ya yerləşdiriliblər.

“Yeni Klinika”nın mətbuat katibi Nuridə Allahyarova Lent.az-a bildirib ki, tibb müəssisəsinə ümumilikdə 14 nəfər daxil olub:

“Onlardan biri müalicəsini reanimasiya şəraitində davam etdirir. Vəziyyəti stabil-ağır olaraq dəyərləndirilir. Digər 13 nəfərin vəziyyəti orta ağır və kafi olaraq dəyərləndirilir”.

Bildirilib ki, digər 13 nəfər müalicələrini stasionar yəni palata şəraitində davam etdirir.

***
00:11

"Yeni Klinikaya gətirilən 14 xəstədən 13-ü palata şəraitində müayinə və  müşahidə altındadır.  Onların vəziyyəti stabildir". 

Lent.az xəbər verir ki, bunu APA-ya Yeni Klinikanın direktor müavini Eldar Əhmədov bildirib.

O deyib ki, pasiyentlərin heç biri süni tənəffüs aparatına bağlı deyil.

"Bir xəstəmiz də reanimasiyadadır. Onun müalicəsi davam etdirilir. 3-4 xəstəmizin vəziyyəti orta ağır sayıla bilər, digərləri isə kafi vəziyyətdədir. Əslində xəstələrimizin çox hissəsini 24-48 saatlıq müşahidədən sonra evə yazılacaq şəkildə olacaq. Onların arasında sınıqları və yaraları olan xəstələr var. Digər xəstələrin də müalicəsi davam etdirilir. Ən ağır olan küt bədən travması, baş beyin silkələnməsi və döş qəfəsinin küt zədələnməsi olan xəstəmiz reanimasiya şöbəsindədir.  Xəstələrdə yanıq xəsarətləri yoxdur. Bir nəfərdə açıq sümük sınıqları var. O, təkrar müayinə olunacaq. Xəstələrin heç biri süni tənəffüs aparatına bağlı deyil. Reanimasiyada olan xəstənin huşu özündədir, vəziyyəti stabildir. Bütün xəstələrimiz instrumental və laborator müayinədən keçdi. Biz də bu xəstələri öz nəzarətimizdə saxlayacağıq. Onlara lazımi müayinə və müalicə tədbirləri həyata keçirilib", - Eldar Əhmədov qeyd edib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:280
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Dekabr 2024 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri