Təyyarə yerdəki insanı vurub öldürdü Hava limanında FACİƏ
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Montreal hava limanında yerüstü xidmətləri əməkdaşının ölümü ilə nəticələnən qəza ilə bağlı araşdırmalar davam edərkən, Fransaya uçan təyyarənin sərnişini təyyarənin alt hissəsindəki kameradan hadisənin dəhşətli anlarına şahid olduğunu bildirib.
Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, "French Bee" aviaşirkətinin 351 saylı reysi uçuşa hazırlaşarkən baş verən hadisəni sərnişin Matthieu Douvenou danışıb. O, oturacağındakı ekrandan təyyarənin ön eniş dayağını gördüyünü deyib.
Douvenou bildirib: “Apron əməkdaşı qəfildən büdrəmiş kimi oldu. Həmin anda təyyarə geriyə hərəkət etdi və zərbə hiss etdik. Dərhal çox ciddi bir hadisənin baş verdiyini anladım”.
Beynəlxalq Maşinistlər və Aerokosmik İşçilər Assosiasiyası qəza nəticəsində həyatını itirən 39 yaşlı əməkdaşın Oscar Robayo olduğunu açıqlayıb. Bildirilib ki, Robayo hava limanında baqaj və sərnişin xidmətləri göstərən Samsic şirkətində apron əməkdaşı kimi çalışıb.
Hadisə bazar ertəsi yerli vaxtla saat 18:00-da Parisə uçması planlaşdırılan French Bee aviaşirkətinə məxsus təyyarənin yerdən geri itələnməsi əməliyyatı zamanı baş verib.
Aviaşirkətin açıqlamasında bildirilib ki, hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib./manset.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 26 Avqust 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















