Təyyarədə bu qaydanın sirri açıldı: Pərdələr niyə qalxışda açıq olmalıdır?
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bir çox sərnişin qalxış və eniş zamanı pəncərə pərdələrinin açıq saxlanmasını adi qayda hesab edir. Əslində isə bunun əsas səbəbi sərnişinlərin təhlükəsizliyi ilə bağlıdır.
Moderator.az xəbər verir ki, bu barədə “Express” yazıb.
Keçmiş pilot Daniel Babbın sözlərinə görə, fövqəladə vəziyyət zamanı ekipaj təyyarənin xaricində baş verənləri mümkün qədər tez qiymətləndirməlidir. Açıq pərdələr vasitəsilə stüardessalar mümkün təhlükəni və təxliyə üçün daha təhlükəsiz istiqaməti daha sürətlə müəyyən edə bilərlər.
Bu qayda gecə uçuşlarında xüsusilə əhəmiyyətlidir. Pərdələr açıq olduqda sərnişinlərin gözləri çöldəki işıq səviyyəsinə əvvəlcədən uyğunlaşır. Qəza zamanı təyyarədən sürətli çıxış lazım gələrsə, bu, ətrafı görməyi asanlaşdıra bilər.
Beləliklə, qalxış və eniş zamanı pəncərə pərdələrinin açılması sadəcə aviaşirkətin formal tələbi deyil. Bu qayda mümkün fövqəladə vəziyyətdə həm ekipajın, həm də sərnişinlərin ətrafı daha yaxşı görməsi və daha sürətli qərar verməsi üçün tətbiq olunur.
Baxış sayı:73
Bu xəbər 19 Avqust 2026 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















