Təyyarədə nasazlıq, Papa kralın təyyarəsi ilə Romaya uçdu
Icma.az bildirir, Olke.az portalına istinadən.
Roma Papası XIV Lev ilkin reysində yaranan texniki nasazlıq səbəbindən Vatikana İspaniya kralı VI Felipeyə məxsus təyyarə ilə qayıdıb.
Ölkə.az xəbər verir ki, "Reuters"in məlumatına görə, hadisə papanın İspaniyaya etdiyi bir həftəlik səfərin sonunda, Tenerife adasında baş verib.
Məlumata görə, ekipaj təyyarədə texniki problem yarandığını və onun qısa müddətdə aradan qaldırıla bilməyəcəyini bildirib.
Bundan sonra İspaniya hakimiyyəti alternativ uçuş təşkil edib. Papa və nümayəndə heyətinin bir hissəsi üçün kral sarayının istifadəsində olan İspaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ayrılıb.
İspaniya hökumətindən verilən açıqlamada bildirilib ki, kralın istifadə etdiyi hərbi təyyarə Papa və onu müşayiət edən nümayəndə heyətini Romaya çatdıracaq.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 13 İyun 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















