Təyyarədə yumruqlar işə düşdü, təcili eniş etdi Havada qorxulu anlar Video
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Türkiyədən Mançesterə uçan təyyarədə sərnişinlər arasında şiddətli dava olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində təyyarə təhlükəsizlik səbəbindən Belçikanın Brüssel şəhərinə təcili eniş edib və polis tərəfindən iki nəfər saxlanılıb.
Görüntülərdə sərnişinlərin dəhlizdə yumruq atdığı, yerdə güləşdiyi və qışqırıqların səsləndiyi görünür. Şahidlər döşəmədə qan ləkələri və dişlər olduğunu bildiriblər. Dava sərnişinlərdən birinin digərinin mobil telefonunu götürməyə çalışması ilə başlayıb və tezliklə nəzarətdən çıxıb.
Hadisədən əvvəl bir sərxoş sərnişin kabin heyəti ilə siqaret üstündə mübahisə edib və irqçi ifadələr işlədib. Kabin heyəti sərnişinləri sakitləşdirməyə çalışıb.
Təyyarə enişdən sonra yenidən havaya qalxaraq, Mançesterə səyahətini tamamlayıb. Aviaşirkət hadisəni “qəbuledilməz və dəhşətli” adlandıraraq, iştirakçı sərnişinləri ömürlük qara siyahıya salıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:196
Bu xəbər 14 Fevral 2026 08:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















