Icma.az
close
up
RU
Təyyarədəki izlər Aviasiya analitiklərinin versiyaları

Təyyarədəki izlər Aviasiya analitiklərinin versiyaları

Icma.az, Olke.az saytına istinadən bildirir.

“Qəzaya uğrayan təyyarənin gövdəsindəki dəliklər “Pantsir-S1″ hava hücumundan müdafiə raketinin zərbəsinin nəticələrinə bənzəyir”. 

Ölkə.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə öz təhlillərini dərc edən OSINT analitikləri fikir səsləndiriblər.

Analitik Oliver Aleksandrın fikrincə quşlarla toqquşma zamanı təyyarədə bu cür dəliklər açıla və belə zərər dəyə bilməz.

“Əgər zərər quşların vurulması və ya təyyarənin yerə çırpılması nəticəsində yaransaydı, o zaman dəliklərin ətrafındakı gövdədə daha çox çuxurlar yaranardı. Belə görünür ki, təyyarəyə dəyən zərbənin gövdəni deşmək üçün kifayət qədər kinetik enerjisi olub”.

“Bild”in hərbi analitiki Julian Röpke adı açıqlanmayan aviasiya eksperti ilə danışıb. Aviasiya eksperti isə bu qəzanın xarici təsir nəticəsində baş vermə ehtimalının ola biləcəyini deyib.

Quşlarla toqquşma versiyasını  qazaxıstanlı aviasiya eksperti Serik Muxtıbayev də istisna edib. Onun sözlərinə görə, bu halda mühərriklərdən biri sıradan çıxsa belə, təyyarə ikinci mühərriklə  uçuşunu davam etdirə bilərdi.

“AeroDinamik Advisory” konsaltinq şirkətinin analitiki Riçard Aboulafia “Reuters” agentliyinə bildirib ki, quşların zərbələri adətən təyyarənin ən yaxın sahəyə enməsi ilə nəticələnir. “Bu zaman təyyarəyə nəzarəti itirmək mümkündür, ancaq nəticədə ən yaxın məsafəyə eniş etmək olar”.

Hərbi ekspert Yan Matveev isə bildirib ki, gövdəyə dəyən zərərin bir hissəsi silindrik formadadır ki, bu da “Pantsir-S1” raketinin vurucu elementlərinin formasına uyğundur. Üstəlik, əgər təyyarə kifayət qədər hündürlükdədirsə, o zaman bu raketin gücü təyyarəni dərhal sıradan çıxarmaq üçün kifayət etməyə bilər.

CIT analitik qrupunun təsisçisi Ruslan Leviev deyir ki, qəzaya uğrayan təyyarənin gövdəsindəki dəliklər Hava Hücumundan Müdafiə Qüvvələrinin zərbəsinə bənzəyir. Eyni zamanda, Leviev bunun raket zərbəsi olduğunu iddia etməyə hazır olmadığını vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:288
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Dekabr 2024 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri