Icma.az
close
up
RU
Təyyarələr üçün təhlükə yaradır: Uşaqlar çərpələng adətlərindən vaz keçmir

Təyyarələr üçün təhlükə yaradır: Uşaqlar çərpələng adətlərindən vaz keçmir

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hökumət uşaqları bu vərdişdən çəkindirmək üçün futbol topu, badminton raketləri və digər əyləncə vasitələri paylayır, lakin bu tədbirlər çox da effekt vermir

 İndoneziyanın paytaxtı Cakartada, Soekarno-Hatta Beynəlxalq Hava Limanının yaxınlığında çərpələnglər həm ənənəyə çevrilmiş bir məşğuliyyət, həm də ciddi təhlükə mənbəyinə dönüb. Xüsusilə yay tətilində uşaqlar boş sahələrdə çərpələng uçurur, bu isə hava limanı ətrafında təyyarələrin təhlükəsiz eniş və qalxışına mane olur.


Sherg.az xəbər verir ki, təkcə iyul ayında 21 uçuş ləğv edilib və ya başqa hava limanına yönəldilib. Məsələnin təhlükəli tərəfi ondadır ki, çərpələnglərin ipi və ya özü təyyarələrin mühərriklərinə, qanadlarına və ya gövdəsinə zərər vura bilər. 2020 və 2024-cü illərdə bu səbəbdən real qəza və qəzaya yaxın hadisələr yaşanıb.

Hava limanı rəhbərliyi və aviasiya orqanları dəfələrlə xəbərdarlıq etsə də, çərpələng uçurtmaq Endoneziya mədəniyyətində dərin tarixi olan bir məşğuliyyətdir. Hökumət uşaqları bu vərdişdən çəkindirmək üçün futbol topu, badminton raketləri və digər əyləncə vasitələri paylayır, lakin bu tədbirlər çox da effekt vermir.


Problemin digər tərəfi isə sürətlə artan urbanizasiya və yaşıl sahələrin azalmasıdır. Uşaqlar oynamaq üçün açıq sahə tapmadığından, hava limanı ətrafındakı boş ərazilərə üz tuturlar.

Mütəxəssislər vəziyyətin yalnız polis nəzarəti və cərimələrlə deyil, maarifləndirmə və uzunmüddətli şəhər planlaması ilə həll edilə biləcəyini bildirirlər. Hələliksə bu “ çərpələng böhranı” davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Avqust 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see172

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see143

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri