Təyyarənin düşdüyü çaydan 30 dan çox cəsəd tapıldı
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Vaşinqtonda təyyarə qəzasının baş verdiyi ərazidə 30-dan çox cəsəd aşkar olunub.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “NBC” teleşirkəti yayıb.
Məlumata görə, cəsədlər təyyarənin qalıqlarının düşdüyü Potomak çayından tapılıb.
Xatırladaq ki, bu gün Vaşinqtonda Reyqan adına aeroportda sərnişin təyyarəsi ilə hərbi helikopter toqquşub. Hadisə təyyarə yerə enməyə hazırlaşarkən qeydə alınıb. Hava gəmisinin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür.
Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. Qəzadan sonra Potomak çayında axtarış-xilasetmə əməliyyatı başladılıb. Bundan əvvəl yayılan məlumatda çaydan 19 nəfərin cəsədinin aşkar olunduğu bildirilirdi.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 30 Yanvar 2025 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















