Icma.az
close
up
RU
Təyyarənin qəzaya uğraması ilə bağlı... Səxavət Məmməd yazır

Təyyarənin qəzaya uğraması ilə bağlı... Səxavət Məmməd yazır

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Türkiyəyə məxsus C 130 hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı

Vurulma ehtimalı:

C 130 hərbi yük təyyarəsi Gəncədən qalxaraq Gürcüstan ərazisində havada yanaraq, parçalanaraq yerə düşdü. Bu günə qədər çoxlu sayda vurulmuş təyyarələrin videolarını görmüşük. Təyyarələr vurularkən müəyyən məsafə qət edə bilir. Rusiya səmasında Azərbaycana məxsus mülki təyyarə Pantsir-S1-lə vurulmuşdu. Ancaq pilotlar təyyarəni Xəzərin üzərindən keçirərək Qazaxıstan ərazisinə endirməyə cəhd etdilər. Bundan əlavə 44 günlük müharibə zamanı vurulan döyüş təyyarəmizi pilot qarşı tərəfin ən ağır istehkamlarından birinə çırpdı. Rusiya Ukrayna müharibəsində çoxlu sayda vurulan təyyarələrin videoları mövcutdur. Onlar da müəyyən qədər məsafə qət edə bilir. C 130-da ən çox diqqətimi çəkən məsələ təyyarənin havdan daş kimi yerə düşməsi oldu. Bəziləri iddia edir ki, motorlarda yanğın baş verə bilər. Ancaq təyyarənin o formada düşüşü, elektronika sistemin yanması ehtimalını artırır.

Gələk vurulma ehtimalına. Təyyarələr iki cür raketlərlə vurula bilər. Qısa mənzilli, aşağı hündürlükdən uçan təyyarələri vurmaq üçün İqla, yaxud Stinger tipli raketlərdən istifadə edilir. Əgər bu tip raketlərdən atəş açılarsa, radarların qeydə alması az mümkündür. Məsafənin qısa olması isə pilotun SOS siqnalı verməsinə şərait yarada bilməz. Sual yaranır, bu tip raketlərlə C 130 vurula bilərdi? Hadisənin Tiflisin şərqində baş verməsi və təyyarənin 8 km hündürlükdə olması bu variantı sıradan çıxarır. Bütün mənbələr təyyarənin 8 km hündürlükdə radardan itdiyini göstərir. Ona görə də, İqla, Stinger tipli asan daşınan raketlərlə vurulma variantı sıradan çıxmış olur.

Hadisənin Rusiya tərəfindən törədildiyi versiyasına görə, kiçik bir hesablama apardım. Hadisə Tiflisin şərqində 100 km-liyində baş verib. Hadisənin baş veridiyi yerdən Rusiya işğalındakı Cənubi Osetiyaya məsafə 130 km-dir. Rusiyanın öz sərhədinə isə təxminən 300 km-dir. Hündürlüyü 8 km-ə ancaq S 300, Buk, Patriot kimi orta və uzaq mənzilli raketlər çata bilər. Bu versiyadan Buk-ları çıxarmaq məcburiyyətindəyəm. Çünki Buk-M3-lər (ən son versiya) 70-75 km məsafədəki hədəfləri vura bilər. Patriotlar Rusiyaya aid olmadığı olmadığı üçün ortada qalır S 300-lər. Hesab edək ki, S 300-lə C 130 təyyarəsi vurulur. Bu o anlama gəlir ki, Azərbaycan və Gürcüstan radarları o raketi görməli idi. Görməmək şansı belə yoxdur. Ancaq nə rəsmi Tiflisdən, nə də rəsmi Bakıdan bu yöndə bir açıqlama yoxdur. Əgər 6-cı hissinlə bu versiyanın üzərində durursansa, Azərbaycan və Gürcüstanı zərbə altına qoyursan. Qəti informasiyam yoxdur, ancaq əminəm ki, türkiyəli mütəxəsislər bu variantı yoxlayıblar.

Qalır digər variant radioelektron mübarizə (REM) vasistələri ilə təyyarəyə müdaxilə edilməsinə. REM-lərlə C 130 tipli təyyarələrə müdaxilə etmək mümkündür? Bəli! Çünki nə qədər bu təyyarələr moderinləşdirilsələr də, REM sistemlərinə qarşı mübarizə vasitələri bəsit olur. Sual yaranır, Rusiyanın əlində o təyyarələri sıradan çıxarmaq üçün vasitələr var? Bəli var. Krasuxa-4 300 km-ə qədər hava hədəflərini, radarları və naviqasiyanı poza bilər. Ancaq bu sistemin müdaxilə zonası hədəfin istiqamətindən və yüksəkliyindən aslıdır. Murmansk-BN sistemləri isə daha çox strateji rabitəyə qarşıdır, təyyarənin öz sistemlərinə deyil. Ərazinin dağlıq olması, məsafə onu deyir ki, REM sistemləri ilə müdaxilə də imkansızdır. Azərbaycan və Gürcüstanı da araşdırdım. Nə Azərbaycanda, nə də Gürcüstanda bu tip sistemlər yoxdur. Ermənistanı ümumiyyətlə, siyahıya yazmaq mənasızdır. Əlavə olaraq Rusiyanın daxilində ciddi problemlər var. Hətta Moskvadakı hava limanlarına belə Ukrayna dronları hücum edir. Ona görə də, rusların o REM-ləri Gürcüstan sərhədində saxlayacağı inandırıcı deyil.

Təxribat

Bəzi iddialarada deyilir ki, təxribat törədilə bilər. Yəni, təyyarəyə partlayıcı yerləşdirilə bilər. Bu partlayıcı müəyyən məsafədən sonra işə düşər və təyyarə partlayar. Təəssüf ki, bu versiyanı ortaya atanlar azərbaycanlılardır. Bu əslində birbaşa öz dövlətini zərbə altına almaq deməkdir. Yəni, Azərbaycan təyyarənin mühafizəsini təşkil edə bilməyib. Kimsə gəlib ora bomba yerləşdirib. F-16-lar da Gəncədə idi. O partlayıcı qoyan niyə hərbi yük təyyarəsinə qoyurdu, elə F-16-lara qoyardı da. Ümumiyyətlə, bəzilərinin idiasında deyilir ki, bu hadisə Azərbaycanla Türkiyənin arasını vurmaq üçün törədilib. Məsələ ondadır ki, həmin adamlar məhz bu variantı səsləndirir. Hansısa bir hava limanına gedin, görüm bir təyyarəyə yaxın düşə bilirsiniz? Hava limanlarının necə qrunmasından anlayışı olmayan adamlar ağlına və ağzına gələni yazmaqdan yorulmur. Kimsə çıxıb deyəcək ki, "hər kəsin fikrinə hörmət etmək lazımdır", "aşağlamaq doğru deyil". Əsaslandırılmamış heç bir fikrə hörmət etmirəm, aşağılamağı da doğal haqqım hesab edirəm.

Qəza variantı

Bir neçə yerdə gördüm. "Keçmiş kəşfiyyatçı olmur fikrini" bizimkilər "köhnə təyyarə olmur, baxımsız təyyarə olur"a transfer ediblər. Bu texnikadır. 70-ə yaxın yaşı var. Hətta bəziləri deyir ki, ən müasir təyyarədir. Bizdə NATO standartını "odda yanmaz, suda batmaz" bilirlər. NATO standartı keyfiyyət göstərisi deyil. Standart uyğunluq (texnikaların bir-biri ilə işləməsi), təhlükəsizlik (təhlükəsizlik tələbləri qorunur), keyfiyyət (məhsulun, yaxud xidmətin müəyyən bir səviyyədən aşağı olmaması), səmərəlilikdir. NATO standartı ən keyfiyyətli demək deyil, minimum keyfiyyət səviyyəsini göstərmək deməkdir.

O təyyarədə uçmamışam, ancaq içində olmuşam. Helikopterlərdə bir neçə dəfə uçmuşam. O təyyarə mənə helikopetri xatırladırdı. Helikopterlərdə uçanlar bilir nə demək istədiyimi. Türkiyə tərəfi rəsmi olaraq C 130 tipli hərbi yük təyyarələrinin uçuşunu dayandırıb. Əslində gözlənilən də bu idi. Dövlət yanaşması budur.

İddia edilir ki, Zəfər Paradımız kimlərinsə xoşuna gəlməyib, ona görə bunu düşmənlər edib. Hətta Pakistanda baş verən terroru da buna bağlayırlar. Pakistanda terror adi, sıradan bir hadisədir. Pakistanda iki jurnalist həmkarım var.Bir yerdə kursk keçmişik. Əvvəl hər terror olanda narahat olub onlara yazırdım. Axırda gördüm bunlar mənim narahat olduqlarıma mənasız bir şey kimi baxırlar, narahat olmağın başın buraxdım.

Cəmiyyətimiz konsprologiya xəstəliyinə yoluxub. 100 illik bəladan qurtulmuşuq, separatizmin kökünü qaşımışıq, hələ də natamamlıq kopleksindən ələ çəkə bilmirik. Yer haqqı, göy haqqı dünya bizim ətrafımızda fırlanmır.

Baş verən hadisəyə çox üzüldüm, qəzada həlak olanlara Allahdan rəhmət diləyirəm.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://adalet.az
archiveBu xəbər 14 Noyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri