Icma.az
close
up
RU
Cənubi Asiya FƏLAKƏTİN ASTANASINDA Səxavət Məmməd yazır

Cənubi Asiya FƏLAKƏTİN ASTANASINDA Səxavət Məmməd yazır

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Gözlənildiyi kimi, Hindistanla Pakistan arasında toqquşma baş tutdu. Əvvəlki yazılarda da qeyd edirdim ki, bu toqquşma qaçılmazdır. Niyəsini bir qədər açım: məlum terror aktından sonra Hindistan tərəfi sanki bəhanə axtarırmış kimi davranmağa başladı. Pakistan tərəfinin birgə komissiya, hətta tərəfsiz üçüncü ölkələrin araşdırmaya qoşulması təklifini rədd etdi. Bununla paralel olaraq Hindistan tərəfi ordunu tam döyüş səviyyəsinə gətirdi və Pakistan sərhədinə canlı qüvvə, texnikalar, artilleriya vasitələri cəmləşdirdi.

Bundan əlavə, Hindistan tərəfi hətta Pakistana yaxın ərazilərdə mülki əhalini silahlandıraraq özünümüdafiə dəstələri yaratdı və onlara hərbi təlimlər keçməyə başladı. Paralel olaraq Pakistan da aviasiya vasitələrini ölkənin mərkəzinə cəmləşdirdi. Qərargahın hədəf kimi götürdüyü ərazilərə tez çatmaq üçün aviasiya vasitələrini istiqamətlər üzrə böldü. Həmçinin sərhədə canlı qüvvə, texnikalar, artilleriya vasitələrini cəmləşdirdi. Tərəflər faktiki olaraq toqquşma üçün hər addımı atdı. Yəni tərəflərin bir-birini hədələməsi blef deyildi, çünki sahədə təhdidlərin altını doldurmaqla məşğul idilər. Ona görə də qeyd edirdim ki, bu toqquşmanın olmaması sürpriz olar. Bundan əlavə, heç bir beynəlxalq qurum, heç bir böyük dövlət tərəfləri sülhə çağırmırdı. Əksinə, böyük dövlətlər hansı tərəfin yanında olacağını göstərməklə məşğul idilər. Yalnız Türkiyə bir neçə bəyanatla tərəfləri masa arxasına dəvət etmişdi. Ancaq sözügedən dövlətləri masa arxasına gətirmək Türkiyənin gücü xaricindədir.

Hindistan proqnozlaşdırıldığından təxminən 24 sonra “Sindoor” əməliyyatına start verdi. Gözlənildiyi kimi, Hindistan aviasiya vasitələrindən və ballistik raketlərdən istifadə edərək Pakistan ərazisinə zərbələr endirdi. Hindistan tərəfinin əməliyyatla paralel verdiyi bəyanatda deyilirdi ki, onlar Pakistanın hərbi obyektlərini hədəf almayıblar. Açığı, bu, özünü sığortalamaqdan başqa bir şey deyildi. Pakistan da Hindistanın hərbi əməliyyatını cavabsız qoymadı. Əməliyyatın ilk günü olaraq Pakistan tərəfi Hindistana aid 3 “Rafale”, 1 “MiQ-29” və 1 “SU-30” hərbi təyyarələrini zərərsizləşdirdiyini bəyan edib. Pakistan müdafiə naziri isə Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 6 qırıcı təyyarəni vurduqlarını və Hindistan ordusunun 15-ci korpusunun 9-cu diviziyasının 12-ci piyada briqadasının qərargahını məhv etdiklərini bəyan edib. Pakistan tərəfi də etiraf edib ki, Hindistan 9 obyekti vurub.

Toqquşmadan dərhal sonra yalnız Çin tərəfləri danışıqlara dəvət edib və atəşkəsə çağırıb. Digər ölkələrin bəyanatı isə “narahat olduq”dan o yana keçməyib desək, səhv etmiş olmarıq.

Toqquşmanın böyük müharibəyə keçmə ehtimalı hər zaman var. Ancaq Pakistan da bildirir ki, əgər Hindistan əməliyyatları dayandırsa, onlar da dayanacaq. Qısacası baş verənlərin böyük müharibəyə keçib-keçməyəcəyi Hindistandan asılıdır. Əməliyyatlar başlar-başlamaz Hindistan tərəfinin 6 hərbi təyyarə itirməsi onları bir qədər çəkingən davranmağa vadar edir.

Sahədə olanlar onu deməyə əsas verir ki, proses hələ yekunlaşmayıb. Hər iki ölkənin çox böyük hərbi potensialı olduğunu nəzərə alsaq, ilkgünkü itkilər həlledici ola bilməz.

Hindistan tərəfinin atdığı addımlar və Pakistan tərəfinin çevik reaksiyası onu deməyə əsas verir ki, total müharibə ehtimalı indiki mərhələdə çox az görünür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 May 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri