Təzə bazarda partlayış: xəsarət alanlar var Foto
Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
16:23
Tovuz şəhərinin "Təzə bazar" adlanan ərazisində partlayış baş verib.
Xalqcebhesi.az xəbər verir ki, sözügedən ərazidə yerləşən çilingər sexində yanacaq çənini doğrayan zaman partlayış olub. Nəticədə iki nəfər xəsarət alıb.
Əraziyə FHN-in və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
***
Tovuz şəhəri, M.Musayev küçəsində avtomobil təmiri sexinin qarşısında yük avtomobilinin çənində təmir işləri aparılan zaman partlayış baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində 2 nəfər xəsarət alıb.
Qeyd edilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Baxış sayı:111
Bu xəbər 07 Dekabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















