Hamımız rol oynayırıq və bunu dərk edən insan müdrikdir... Artur Şnitsler
Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.
Bu gün avstriyalı yazıçı Artur Şnitslerin anım günüdür.
Kulis.az onun əsərlərindən sitatları təqdim edir.
Əminəmmi? Təkcə bir gecənin, qoy lap bütöv bir ömrün gerçəkliyinin belə bütöv bir həqiqət ola biləcəyinə nə qədər əminəmsə, o qədər...
***
Məsuliyyətdən qaçışın hər cür yolu var: ölümə qaçış var, xəstəliyə qaçış var və nəhayət, axmaqlığa qaçış var.
***
Mən sevgidən və ölümdən yazıram. Başqa hansı mövzular var ki?
***
Əgər Tanrı olsaydı, dindarların ona ehtiram göstərmə tərzi əsl küfr olardı.
***
İnsanı dəlicəsinə sevmək olar, amma səhər saat səkkizdə yuxudan durmaq da lazımdır, elə deyilmi?
***
Nə sevməyi, nə də nifrət etməyi bacarmayanda, bəs onda həyatın gözəlliyi harada qalır?
***
Heç vaxt bir qadınla xoşbəxt olmağı, ona olan hisslərinin tükəndiyini anladığın andakı qədər çox istəmirsən.
***
Kabuslar! Onlar var, doğrudan da var! Yaşayırmış kimi görünən ölü varlıqlardır onlar.
***
Ona saysız-hesabsız maskalı adamın arasında yeganə maskasız sima kimi qalmaq, tam geyimli insanların içində qəfil lüt durmaqdan min dəfə daha dəhşətli görünürdü.
***
Həyat müdrikliyi hər şeyi bacardıqca önəmli saymaq, lakin heç birini son dərəcə ciddiyə almamaq deməkdir.
***
Berta dünyada necə böyük bir ədalətsizliyin baş verdiyini duyurdu: həzz almaq ehtirası kişiyə verildiyi kimi qadına da bəxş edilmişdi; lakin qadın üçün bu ehtiras eyni zamanda analıq arzusuna çevrilməyəndə, kəffarə tələb edən bir günaha çevrilirdi.
***
Hamımız rol oynayırıq və bunu dərk edən insan müdrikdir.
***
Alqış sədaları ətrafında guruldayırdı. Xüsusi bir şey hiss etmirdi, hətta qorxduğu utancaqlıq hissi də yox idi. Yenidən səhnəyə qalxmalı oldu - bu dəfə qızcığaz Qastayner olmadan; alqış səslərini və uca "bəh-bəh"ləri eşitmək ona bir qədər qəribə gəlirdi. Bir neçə dəfə baş əyib qapıya doğru döndü və elə bu vaxt, alqışlar səngiməyə başlayanda, arxadan ya da böyürdən - haradan gəldiyini tam anlaya bilmədiyi bir səs eşitdi; pıçıltı ilə deyilməsinə baxmayaraq, sözlər aydınca duyulurdu: Yazıq bədbəxt! Geri dönüb baxmaq istədi, amma bunun gülünc görünəcəyini hiss etdi.
***
Ziddiyyətlər altında əzilməmək — həyatdakı ən başlıca vəzifəmiz məhz budur.
***
Tanrı bəşəriyyətin yuxusudurmu? Bu, həddindən artıq gözəl olardı. Bəs bəşəriyyət Tanrının yuxusudurmu? Bax bu, hədsiz dərəcədə dəhşətli olardı.
***
Düşünürəm ki, bütün bu macəralardan - həm gerçək olanlardan, həm də yuxulardan xəsarətsiz qurtulduğumuza görə minnətdar olmalıyıq.
***
Mənə elə gəlir ki, sanki fasiləsiz olaraq özüm-özümə hansısa bir hekayəni danışıram.
Rus dilindən tərcümə etdi: Aydan Ağayeva
Tarixi Zəfərin uğurlu ekran təcəssümü: 5 il ərzində çəkilən “44” bədii filminin premyerası oldu Məşhur serial ekranlara qayıdır – Tommi Şelbi olmayacaq? Bredli Kuper yeni "G.I. Joe" filminin baş rolunu canlandıracaq
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 21 Oktyabr 2026 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















