Icma.az
close
up
RU
Təzəpir məscidi:

Təzəpir məscidi:

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın son yüz illik tarixində baş vermiş mühüm hadisələrin şahidi olmuş məkanlar bu gün o izləri saxlayan tarixi yerlərdir.
Onlardan biri də Təzəpir məscididir.
Nabat xanım Aşurbəylinin vəsaiti ilə memar Zivər bəy Əhmədbəyovun layihəsi əsasında tikilən bu məkan müsəlmanların dini ritullarını yerinə yetirdikləri bir yer olmaqla yanaşı Azərbaycanın son yüz ildəki siyasi tarixində öz unudulmaz yerini tutur.
1917-ci ildə çar Rusiyasının sünni-şiələr arasında saldığı ixtilafı aradan qaldırmaq üçün Qafqaz Müsəlmanlarının Qurlultaynın çağırılması qərara alınır. 1917-ci ilin aprelində “İsmailiyyə” binasında işə başlayan geniş toplantı 3 gün davam edib. Qurultaya Azərbaycanın hər tərəfindən, o cümlədən, Dağıstan, Basarkeçər, Borçalıdan nümayəndələr gəliblər. İclasdan sonra nümayəndələr Təzəpir məscidinə yollanır.
Şeyxülislamın iştirakı ilə yüzlərlə din xadimi məsciddə cümə namazı qılıb. Bundan sonra Qafqaz tarixində çox mühüm hadisə baş verir: Sünni-şiə ixtilafına son qoymaq üçün Şeyxülislamla Müfti qucaqlaşırlar, müqəddəs “Quran” a əl basaraq çar hokumətinin qızışdırdığı ədavətin aradan qaldırılacağına and içirlər.
1918-ci ildə bolşevik Şaumyanın sədri olduğu Bakı Soveti Nuru Paşanın rəhbərlik etdiyi türk qoşunlarının hucum qarşısında dayana bilmirdi. Min bir siyasi fırıldağa əl atan Bakı Sovetinin müsəlman əhalini türklərə qarşı silahlandırmaq cəhdi boşa çıxmışdı.
Bu zaman Şaumyan idbar siyasət işlətmək qərarına gəlir.
Bakı Soveti Təzəpirin axundu Ağa Axundzadədən Bakını azad etməyə gələn türk əsgərlərinin hərəkətini lənətələyən fətva verməsini tələb edir. Bu addımla Bakı Soveti şəhərin şiə əhalisinə guya sünni olan Osmanlı əsgərlərinin Bakıya daxil olmasını bağışlanmaz bir günah kimi qələmə vermək istəyirdi.
Bakıda bu təhlükəli avantura nəticə vermir: Bütün hədə -qorxulara baxmayaraq Şeyxülislam Ağa Əlizadə bu tələbi rədd edir.


1918-ci ilin sentyabrında Qafqaz islam Ordusu tərəfindən şəhər azad olunur. Bakı əhalisinin xahişi ilə Ağa Əlizadə Nuru Paşanı sentyabırn 16-da Təzəpirə dəvət edir. Nuru Paşa minbərə çıxır və çıxış edir. Şəhər əhalisi çıxışı böyük coşğu ilə qarşılayır.
1920-ci ilin mayında Azərbaycanda sovet hökumətinin başçısı Nəriman Nərimanov Təzəpir məscidində çıxışında İslam dininin müsəlman kütlələrinin şüurunda tutduğu yeri, onun Şərq xalqlarının mənəviyyatında, məişətində, həmçinin həyatın müxtəlif sahələrində mühüm rolunu dərk edərək vurğulayırdı: “Şərqdə dinə münasibət fövqəladə əhəmiyyətli məsələdir”.
İkinci dünya müharibəsindən sonra Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini bərpa edən sovet hökuməti bununla müstəmləkə sisteminin dağılması ilə azadlığa çıxmış Şərq ölkələrində öz nufuzunu artırmaq niyyətində idi. Həmin dövrlərdə Şeyxülislam Ağa Əlizadənin İrana və digər şərq ölkələrinə səfəri böyük əks-səda doğurmuşdu.


Qarabağ münaqişəsinin başlanması ilə Təzəpir məscidi ictimai-siyasi münasbətlərin mərkəzi xəttinə düşdü. 1990-cı il 20 yanvar faciəsi Azərbaycan xalqının başına gətirilən müdhiş qırğın oldu. SSRİ rəhbərliyinin , Mixail Qorbaçovun əmri ilə Bakıya yeridilən sovet ordusu şəhərdə qanlı qırğın törətdi.
Faciənin səhəri günü Təzəpir məscidindən bütün dünyaya səslənən QMİ sədri Allahşükür Paşazadə SSRİ rəhbəri Mixail Qorbaçovu bu qanlı qırğına görə lənətlədi. Bu, sovet tarixində din xadiminin SSRİ rəhbərini ittiham edən ilk bəyanatı idi.
Şəhidlərin dəfninə hazırlıq prosesi də Təzəpir məscidində aparılıb. Sovet əsgərlərinin avtomatlarının lüləsi altında, heç nədən çəkinməyən din xadimləri Şəhidlərimizin dəfn karvanını Təzəpirdən qaldıraraq Azadlıq meydanına gətirdilər.
Zaman-zaman Təzəpir məscidi dövlət başçılarının ziyarət yeri olub. Azərbaycana, Bakıya səfər edən adlı-sanlı qonaqlardan Misir Ərəb Respublikasının prezidenti Camal Əbdül Nasir, İndoneziya prezidenti Sukarto, Türkiyə prezidentləri Turqut Özal və Süleyman Dəmirəl, Ərdoğan, İran prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani və başqaları Təzəpiri ziyarət ediblər.


Mərhum prezident Heydər Əliyev tez-tez Təzəpir məscidinə gələr və burada çıxışlar edərdi.
Prezident İlham Əliyevin sərəncamı ilə məscid yüksək səviyyədə təmir edilib.
Bu gün Təzəpir məscidi ölkəmizin əsas dini rituallarının keçirildiyi məkandır. Azərbaycan müsəlmanları müqəddəs dini bayramlarını və mərasimlərini burada keçirirlər.
Təzəpir məscidi çar imperiyasının məzhəb savaşları salan siyasətinə qarşı qorxmadan dayanan, 1918-ci il mart soyqırımnın ağır yaddaşını daşıyan, ateist sovet rejiminin zərbələrini alan, 20 yanvar 1990-cı il qırğınında xalqla birgə olan, nəhayət müstəqil Azərbaycanın son 35 ilində onun dini cameəsində öz yerini tutmuş bir məkandır .

X.SƏFƏRLİ

AzPost.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://azpost.info
archiveBu xəbər 11 İyul 2026 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see583

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see249

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see233

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see229

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see223

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see210

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see209

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see204

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see198

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see192

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see182

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see179

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see179

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see178

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see176

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see174

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see172

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see170

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri