Təzyiqi yüksəldən qidalar: Həkimdən xəbərdarlıq
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
Duzlu qidalar arterial təzyiqin yüksəlməsinə səbəb olan əsas amillərdən biridir.
Bunu "SberZdorovye” tibb şirkətinin kardioloqu Ella Vinogradova "RT”yə açıqlamasında deyib.
Onun sözlərinə görə, çips, fastfud, marinadlar, turşular, duzlu balıq, əksər pendir növləri və kələm turşusu yüksək miqdarda duz ehtiva edən məhsullardır.
Həkim bildirib ki, orqanizmə həddindən artıq duz daxil olduqda maye tutulması baş verir. Bu isə qan dövranında olan mayenin həcmini artıraraq arterial təzyiqin yüksəlməsinə səbəb olur.
Vinogradova əlavə edib ki, ağ şəkər və ağ undan hazırlanan məhsullar kimi rafinə edilmiş karbohidratlarla zəngin qidalar da təzyiqin artmasına təsir göstərə bilər. O, belə məhsulların gündəlik rasionun 10 faizindən azını təşkil etməsini tövsiyə edib.
Qeyd edək ki, daha əvvəl kardioloq German Qandelman hipertoniyadan əziyyət çəkən insanlar üçün faydalı olan mövsümi məhsulun adını açıqlayıb. Onun sözlərinə görə, böyürtkən tərkibindəki qida lifləri sayəsində natriumun qana sorulmasını məhdudlaşdırmağa və arterial təzyiqin azalmasına kömək edə bilər.
///sfera.az///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 04 Oktyabr 2026 23:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















