Icma.az
close
up
RU
“The Jerusalem Post”: Ermənilər Azərbaycanın milli suverenliyinə hörmətlə yanaşmaq üçün konstitusiyalarına yenidən baxmalıdır

“The Jerusalem Post”: Ermənilər Azərbaycanın milli suverenliyinə hörmətlə yanaşmaq üçün konstitusiyalarına yenidən baxmalıdır

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar dünyanın ən nüfuzlu nəşrlərindən “Jerusalem Post”da dərc olunmuş “Türkiyə İranın yerinə yeni regional güc olacaqmı?” sərlövhəli məqaləsində yazıb.

Yazıda Rusiyanın dəstəyindən məhrum olan Ermənistanın ölkəmizlə sülh sazişi perspektivi fonunda Tehranın da dəstəyindən uzaqlaşaraq Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri yaratması alternativsiz variant kimi qiymətləndirilib. Hadisələrin bu istiqamətdə cərəyan etməsinin bölgədə Tehran tərəfindən təşviq olunan dini radikalizmi xeyli zəiflədəcəyi diqqətə çatdırılıb. Qeyd olunub ki, nəzarətində olan hər bir ərazidə dünyəvi qanunun aliliyini təmin edən Azərbaycan bugünədək uğurlu şəkildə dini radikalizmin yayılmasının qarşısını almaqla bölgədə dünyəvi dövlətçilik mühitinin bərqərar olmasına mühüm töhfə verib.

İsrailli professor Türkiyənin strateji müttəfiqi olan Azərbaycanın Vətən müharibəsində qələbəsinin bölgəni gərginlikdə saxlayan qüvvələrin zəifləməsinə, əvəzində türk alyansının təsirinin artmasına rəvac verdiyinə diqqət çəkib. Məqalədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayaraq 30 il ərzində Qarabağı və Azərbaycanın 7 rayonunu qanunsuz işğal altında saxlayan Ermənistanın sözügedən təcavüzü nəticəsində bir milyona yaxın soydaşımızın məcburi köçkünə çevrildiyi də xatırladılıb. Müəllif bütün qeyd olunanların fonunda ermənilərin Azərbaycanın milli suverenliyinə hörmətlə yanaşması üçün onların öz konstitusiyalarını yenidən nəzərdən keçirməsinin zəruriliyini diqqətə çatdırıb.                                   

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.jpost.com/opinion/article-832715 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Dekabr 2024 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri