Icma.az
close
up
RU
Xamenei rejimi çöküş ərəfəsindədir The Jerusalem Post

Xamenei rejimi çöküş ərəfəsindədir The Jerusalem Post

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Xameneinin hakimiyyətdə qalması çətinləşir, çünki ölkədəki böhran daha da dərinləşir..."

İranın Ali dini rəhbəri ayətullah Əli Xameneinin rejimi uzun illər təbliğat, hərbi nümayişlər və xalq üzərində təzyiq hesabına hakimiyyəti əlində saxlayıb. Lakin təcavüzkar bəyanatlar və mütəmadi hərbi manevrlərə rəğmən, İran İslam Respublikasının əsl vəziyyəti həm iranlılar, həm də beynəlxalq ictimaiyyət üçün getdikcə daha da aydın olur.

Moderator.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" nəşri yazır.

Tehranın təbliğat maşını İsrail və Qərb ölkələrini qorxutmaq məqsədilə təlimlər və manevrlər keçirərək güc illüziyasını yaratmaqda davam edir. Ancaq bu görüntülərin arxasında iqtisadi böhran, kütləvi etirazlar və xalqın inamının itməsi səbəbindən yaranan daxili zəifliklər gizlənir. Hətta rejimin əsas fiqurları onun böhranını etiraf edir. Bu yaxınlarda Ekspertlər Assambleyasının bir üzvü açıq şəkildə bildirib ki, "İslam Respublikasının vaxtı sona çatıb" və ölkə "partlayış ərəfəsindədir".

Suriyada Bəşər Əsəd rejiminin çöküşü və İran qüvvələrinin oradan çıxarılması Tehranın regional strategiyasına ciddi zərbə vurub. İranın "Hizbullah" və HƏMAS kimi proksi qruplarını dəstəkləmək qabiliyyəti xeyli zəifləyib. Eyni zamanda, İsrail hərbi obyektlərə və infrastruktura dəqiq zərbələr endirərək İranın regionda təsirini azaldır.

Radikal islamizm ideologiyası və müxalifətin susdurulmasına əsaslanan rejimin strukturu ölkənin inkişafı üçün ən böyük maneəyə çevrilib. Bir çox iranlı anlayır ki, şiə ruhani rəhbərləri hakimiyyətdə olduqları müddətdə iqtisadi çətinliklər, korrupsiya və insan haqlarının pozulması kimi həqiqi problemlər həll edilməyəcək.

İsrail Xamenei rejiminin mahiyyətini dərindən öyrənən ölkələrdən biri olaraq, onun təhdidlərinə uğurla müqavimət göstərməkdə davam edir. Mossad daxil olmaqla, İsrail xüsusi xidmət orqanları İranın təbliğat metodlarını yaxşı bilir və Tehrandan gələn təhdidləri neytrallaşdırmağa qadirdir. Ancaq ABŞ və Avropa da daxil olmaqla Qərb ölkələri hələ də İrandakı böhranın dərinliyini lazımınca qiymətləndirmir və rejimin radikal elementləri ilə diplomatiyaya ümid etməyə davam edir.

Vəziyyət Tehranın qalan resurslarını husilər, Həşd əş-Şabi və PKK kimi transmilli terrorçu qruplara dəstəyi, həmçinin nüvə silahı əldə etmək təhlükəsi yolu ilə öz təsirini saxlamaq üçün istifadə etməsi ilə daha da gərginləşir. Ancaq bu addımlar artıq güc deyil, zəiflik əlaməti kimi qəbul olunur.

İran cəmiyyəti illərlə həyata keçirilən repressiyalara rəğmən, rejimə qarşı qərarlı mövqe nümayiş etdirir. Ölkə boyunca alovlanan etirazlar və hətta elit dairələrdə açıq narazılıq Xamenei dövrünün sonunun yaxınlaşdığını göstərir. İsrail və onun müttəfiqləri başda olmaqla beynəlxalq ictimaiyyət Tehrana təzyiq göstərməkdə davam edərək rejimin zəifləməsinə nail olmağa çalışır.

Bu gün Xameneinin təhdidlər və təbliğat üzərində qurulmuş "kağız pələngi" gerçəkliyin təsirinə məruz qalıb. Onun hərbi manevrləri və güc nümayiş etdirmək cəhdləri artıq təhdid kimi deyil, məhv olmaqda olan rejimin son ümidsiz addımları kimi qəbul edilir. Beynəlxalq ictimaiyyət təzyiqi davam etdirmək, yoxsa Tehrana böhranı uzatmağa şərait yaratmaqla nəticəsiz danışıqlar tələsinə düşmək seçimi qarşısında qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Yanvar 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri