Icma.az
close
up
RU
“The Loot” :Sülh Ermənistana baha başa gəldi

“The Loot” :Sülh Ermənistana baha başa gəldi

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“ABŞ-nin vasitəçiliyi ilə Ermənistanın Azərbaycanla sülh əldə etməsi beynəlxalq bir irəliləyiş kimi qiymətləndirilsə də, daxildə Ermənistana çox baha başa gəlib”. 

“Cebheinfo.az”-ın məlumatına görə, “The Loot” nəşri belə yazır. 

Leyden Universitetinin Siyasi Elmlər İnstitutunun millətçilik, etnik münaqişə və inkişaf üzrə eksperti Loqan Lyut Baş nazir Nikol Paşinyanın xarici siyasət dönüşünün dövlətlə nüfuzlu Erməni Apostol Kilsəsi arasında necə bir fikir ayrılığına səbəb olduğunu və onun Ermənistanın yumşaq gücünün mühüm mənbəyini təhdid etdiyini qeyd edib. 

“2025-ci il avqustun 8-də ABŞ və Prezident Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında uzun müddətdir davam edən və münasibətlərin normallaşmasının bir addımlığında olan münaqişəyə son qoyan saziş imzalandı. Amma həmin sülh Ermənistan hökumətinə baha başa gəldi. Baş nazir Paşinyan buna nail olmaq üçün sərt daxili müxalifətə, xüsusilə də Erməni Apostol Kilsəsinə qarşı çıxdı. 

Ermənistan daxilində bu müqaviləyə beynəlxalq səviyyədə olduğu qədər diqqət yetirilməyib. Bu razılaşma ölkə daxilində Paşinyan hökuməti ilə kilsənin başçısı katolikos II Qaregin arasında getdikcə kəskinləşən qarşıdurma fonunda baş verir. Kilsə erməni milli kimliyinin sütunudur, kiçik, resursları məhdud olan vətənin, xüsusilə də diasporun maraqlarını təşviq etmək üçün təsirli vasitədir”,-deyə Lyut yazır. 

Ekspert qeyd edir ki, Erməni Apostol Kilsəsinin müstəqil ruhaniləri Ermənistanın regional gərginliyin həllində güzəştə getməsinin qəti əleyhinədirlər. Lakin kilsə dövlətdən müstəqil olaraq qalır və yüksək rütbəli din xadimləri regional gərginliyi, xüsusilə də “Dağlıq Qarabağ”dakı etnik ermənilərin öz müqəddəratını təyinetmə məsələsini həll etmək üçün Ermənistanın güzəştə getməsinin qəti əleyhinə çıxırlar:

“Beləliklə, son razılaşma postsovet məkanında ən uzunsürən münaqişələrdən birinə son qoysa da, bu, Ermənistan dövlətinə kilsəyə əsaslanan dəyərli və effektiv xarici siyasət aləti bahasına da başa gələ bilər. ABŞ-nin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında sülh beynəlxalq sıçrayış kimi tanınsa da, ölkə daxilində Ermənistana baha başa gəldi”. 

Liutun sözlərinə görə, bu sülh sazişinin regional sabitlik üçün böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, Paşinyan bu nöqtəyə gəlmək üçün Azərbaycanın “Dağlıq Qarabağ” üzərində tam suverenliyini rəsmən tanımaqdan tutmuş Ermənistan ərazisində materik Azərbaycan və onun mühüm eksklavı olan Naxçıvan arasında inkişaf üçün açıq olan yol əlaqəsinin yaradılmasına qədər, əsasən də diasporda çox mübahisəli qərarlar qəbul edib. 

“Son sülh razılaşması regional sabitlik üçün böyük əhəmiyyət kəsb edir, lakin Paşinyan bu yolda bəzi dərin mübahisəli qərarlar qəbul edib, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ üzərində tam suverenliyini rəsmən tanıyıb. Lakin kilsə ilə dövlət arasındakı bu toqquşma yalnız daxili çəkişmə deyil. Bu, indi Ermənistanın beynəlxalq müstəvidə gücünü nümayiş etdirmək üçün onsuz da məhdud imkanlarını ciddi şəkildə sarsıda bilər. 

Ermənistanın yumşaq gücü və ümumilikdə xarici siyasəti ilə bağlı real narahatlıqlar var. Kiçik bir dövlət olaraq Ermənistan tez-tez diplomatik vasitə kimi öz diasporuna arxalanır. Bəzi hesablamalara görə, erməni əsilli insanların 70 faizdən çoxu Ermənistandan kənarda yaşayır. 

Bu icmaların çoxu Apostol Kilsəsinin transsərhəd şəbəkələri vasitəsilə öz vətənlərinə bağlıdır. Kilsə ilə dövlət arasında zəifləmiş, hətta sınmış körpü, görünməmiş zəiflik və dəyişiklik zamanı İrəvanı özünün ən etibarlı beynəlxalq dəstək şəbəkəsindən təcrid edə bilər”,-deyə ekspert qeyd edir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Sentyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri