Icma.az
close
up
RU
İllüziyalar Ermənistana baha başa gələcək

İllüziyalar Ermənistana baha başa gələcək

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Ermənistan parlamenti respublikanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanun layihəsini ikinci və sonuncu oxunuşda qəbul etdi. Azərbaycan hökuməti isə D-8 Nizamnaməsinin ratifikasiya sənədlərini 2025-ci il martın 19-da səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) İstanbulda yerləşən katibliyinə rəsmi şəkildə təqdim edib. Bununla da Azərbaycan D-8 Təşkilatına tamhüquqlu üzv oldu. Gördüyümüz kimi hər iki Cənubi Qafqaz ölkəsi yeni dünya düzəninin formalaşması kontekstində qlobal iqtisadi və siyasi inteqrasiyaya xüsusi önəm verir. Və bu proses paralel gedir. Ermənistan hakimiyyəti Azərbaycanın beynəlxalq dəstəyinin getdikcə daha da artmasına paralel olaraq Avropa İttifaqı ilə yaxınlaşmanı sürətləndirməyə çalışır.
Rəsmi İrəvan Aİ ilə inteqrasiyaya "sehirli çubuq" və ya "xilas kəməri" kimi baxır. Daha doğrusu, əli hər yerdən üzülən, həm Rusiya ilə münasibətləri soyuyan və İrandan dəstəyin azaldığını hiss edən, həm də ABŞ-a bel bağlamağın perspektiv olduğunu başa düşən Ermənistan iqtidarı indi bütün ümidlərini Avropa İttifaqına və xüsusən də Fransaya bağlayıb. Nikol Paşinyan Brüssel və Parisə son ümid yeri kimi baxır. O, hesab edir və nədənsə, dərin ümid bəsləyir ki, Aİ və Fransa Ermənistanın xilası üçün əllərindən gələni edəcək. Ancaq Avropa İttifaqının və Fransanın planları isə tam fərqlidir. Onların Ermənistana, necə deyərlər, inkişaf inyeksiyası vurmaq planları yoxdur.
Cənubi Qafqazda qalıcı sülhün bərqərar olması, sabitliyin və tərəqqinin təmin edilməsi Avropanın siyasi elitasının planlarına daxil deyil. Əksinə, hazırda Brüssel və Parisin əsas planlarından biri məhz Ermənistan-Azərbaycan normallaşma prosesinə mümkün olduğu qədər maneçilik törətməkdir. Onlar regiondakı proseslərə müdaxilə etmək və Azərbaycanla Türkiyənin birgə hədəflərinə mane olmaq üçün Ermənistandan alət kimi istifadə etməyi bundan sonra da davam etdirməyi düşünürlər. Bununçün də Ermənistanın silahlandırılmasını və revanşizmin körüklənməsini davam etdirirlər.
Avropa İttifaqı Ermənistanın Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri qurmasını istəmir. Aİ-nin Ermənistandakı "mülki" missiyası da bölgədə sülh yaratmaqla yox, casusluq və təxribatla məşğuldur. Başqa sözlə desək, bu gün Avropa İttifaqı Cənubi Qafqazda sülh mələyi yox, şeytan obrazında çıxış edir. Ona görə də Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması istiqamətində atdığı addımlar regionda gərginliyi azaltmaq əvəzinə, daha da artıracaq. Paşinyan isə illüziyalarla yaşamağı çox sevir. Ancaq bu illüziyalar bir gün Ermənistana baha başa gələcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Mart 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see744

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see677

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see257

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see224

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see217

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see211

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see185

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see178

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see177

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see175

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see170

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see162

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri