Icma.az
close
up
RU
“The Ritz Carlton” “Ən Yaxşı Çoxfunksiyalı Memarlıq” nominasiyasında qalib oldu

“The Ritz Carlton” “Ən Yaxşı Çoxfunksiyalı Memarlıq” nominasiyasında qalib oldu

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“PAŞA Real Estate” qürurla bildirir ki, “The Ritz-Carlton”, “Tashkent” oteli nüfuzlu “Asia Pacific Property Award” mükafatına layiq görülüb. Otel, Özbəkistanda “Ən Yaxşı Çoxfunksiyalı Memarlıq” nominasiyası üzrə qalib seçilib. 

Bu mükafat layihənin memarlıq baxımından yüksək keyfiyyətini vurğulayır və “PAŞA Real Estate” şirkətinin beynəlxalq miqyasda mövqeyini daha da möhkəmləndirir.

Layihənin memarlıq konsepsiyası, dünya miqyasında tanınmış və şəhər məkanlarının yaradılmasında böyük təcrübəyə malik olan Benoy Limited şirkəti tərəfindən hazırlanıb. The Ritz-Carlton, Tashkent layihəsi qlobal dizayn standartları ilə regional memarlıq xüsusiyyətlərinin zərif vəhdətini əks etdirir.

Azərbaycan şirkəti olaraq qeyd edilən nailiyyətlə xüsusilə fəxr edirik. Bu, şirkətimizin strateji baxış düzgünlüyünün bariz sübutu, eləcə də Azərbaycanın qlobal daşınmaz əmlak sahəsində artan nüfuzunu nümayiş etdirən daha bir əhəmiyyətli uğurdur.

“Bu mükafat, “PAŞA Real Estate” şirkətinin beynəlxalq tərəfdaşlıq əlaqələrinin möhkəmliyinin təsdiqidir və region miqyasında əhəmiyyətli, genişmiqyaslı layihələrin həyata keçirilməsinə olan sadiqliyimizin bariz nümunəsidir”, - deyə “PAŞA Real Estate Qrup” şirkətinin baş direktoru (CEO) Özgür Geter bəy bildirib. “Biz Özbəkistanın memarlıq simasının formalaşmasına töhfə verməkdən və fəaliyyət göstərdiyimiz bütün bazarlarda beynəlxalq standartları tətbiq etməkdən böyük qürur duyuruq”.

Qeyd edək ki, “PAŞA Real Estate Qrup”, daşınmaz əmlakın investisiyası, inkişafı, strateji idarəçiliyi və istismarı üzrə ixtisaslaşıb. Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqronun müxtəlif bölgələrində fəaliyyət göstərən qrup lüks hotellər, dünya səviyyəli kurortlar, ticarət obyektləri, premium yaşayış layihələri və qarışıq tipli layihələr daxil olmaqla geniş portfelə malikdir. Keyfiyyət, dürüstlük və müştəri məmnuniyyətinə sadiq qalan “PAŞA Real Estate Qrup”, sənaye standartlarını yenidən müəyyənləşdirmək və qlobal miqyasda aktivlərinin dəyərini artırmaq məqsədi ilə fəaliyyət göstərməkdədir.





Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 May 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri