® Azercell “Ən yaxşı idman dəstəkçisi” nominasiyasında mükafatlandırılıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gənclər və İdman Nazirliyi tərəfindən 2025-ci ilin idman yekunlarına həsr olunmuş rəsmi tədbirdə “Azercell Telekom” MMC ölkədə idmanın inkişafına verdiyi töhfəyə görə ilin ən yaxşı idman dəstəkçilərindən biri elan edilib.
Tədbirə idman federasiyalarının və təşkilatlarının rəhbərləri, media nümayəndələri, tanınmış idmançılar, məşqçilər və idman ictimaiyyətinin üzvləri qatılıb.
Qeyd edək ki, “Azercell” uzun illərdir ölkədə idmanın inkişafına və sağlam həyat tərzinin təşviqinə yönəlmiş ardıcıl təşəbbüslər həyata keçirir. Şirkət milli idman federasiyaları ilə əməkdaşlıq edir, uşaqlar və gənclər üçün bu sahədə sosial layihələrin icrasına töhfə verir.
“Azercell”in Azərbaycan Cüdo Federasiyası (ACF) ilə tərəfdaşlıqda həyata keçirdiyi “Qızlara ağ yaraşır” sosial layihəsi erkən nikah mövzusunu gündəmə gətirərək, gənc qızlar arasında idmana marağın artırılması və sağlam həyat tərzinin təşviqi məqsədi daşıyıb. Layihə çərçivəsində 7-14 yaş aralığında 1000 qız cüdo məşğələlərinə cəlb olunub. Bununla yanaşı, şirkətin ACF ilə birgə icra etdiyi daha bir sosial layihə, “Doğru yol budur” təşəbbüsü, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, sağlam həyat tərzinin təbliğatına yönəlib.
Eyni zamanda, “Azercell” 2017-ci ildən etibarən Paralimpiya Komitəsinin tərəfdaşıdır.
Bu təşəbbüslər vasitəsilə “Azercell Telekom” MMC idmanı sosial dəyişikliklərin təşviqində əhəmiyyətli rol oynayan istiqamət kimi dəyərləndirdiyini və uzunmüddətli, dayanıqlı sosial təsirin yaradılması istiqamətində strateji yanaşmasını nümayiş etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 27 Dekabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















