“The Times of Israel”: İran Beer Şevada universitetin altı laboratoriyasını dağıdıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 25 iyun, AZƏRTAC
İsrailin cənubunda yerləşən Beer-Şeva şəhərindəki Ben-Qurion adına Universitet İranın iyunun 19-da endirdiyi raket zərbəsi nəticəsində ciddi zərər görüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, raketin Beer-Şevada Soroka Tibb Mərkəzinə düşməsi nəticəsində bu ali təhsil müəssisəsinin altı tədqiqat laboratoriyası dağılıb, daha doqquzu isə ciddi zərər görüb. “Raket zərbəsi zamanı tibb və biologiya sahələrində uzun illərdir davam edən müxtəlif tədqiqat layihələri üzrə işlər də məhv edilib”, -deyə “The Times of Israel” nəşrinin materialında qeyd olunur.
Qəzet diqqətə çatdırır ki, raket hücumu nəticəsində məşğələ otaqları, tədris laboratoriyaları və Tibb elmləri fakültəsinin bölmələrinə də ziyan dəyib. Bundan başqa, universitetin əsas kampusunun ərazisində yerləşən 30 müxtəlif tikilidə də dağıntılar var.
Universitet rəhbərliyi dəyən ziyanın miqyasını araşdırmaqda davam edir. İlkin qiymətləndirməyə görə, zərərin miqdarı on milyonlarla dollar məbləğində ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 25 İyun 2025 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















