“The Times of Israel”: İsrail və HƏMAS fundamental razılıq əldə edib
Ayna saytına istinadən Icma.az xəbər verir.
"İsrail və HƏMAS bazar ertəsi girovlarla bağlı prinsipial olaraq razılaşıblar”
İsrail və Fələstinin radikal HƏMAS hərəkatı Qəzza sövdələşməsi və girovların mübadiləsi ilə bağlı fundamental razılıq əldə edib. AYNA xəbər verir ki, bu barədə yanvarın 15-də İsrailin “The Times of Israel” qəzeti mənbəsinə istinadən məlumat yayıb.
"İsrail və HƏMAS bazar ertəsi (13 yanvar - red.) girovlarla bağlı prinsipial olaraq razılaşıblar və o vaxtdan bəri müqavilənin icrasının detallarını yekunlaşdırmaq üçün Dohada işləyirlər", - qəzet yazıb.
Məsələ ilə bağlı yekun qərarın hələ açıqlanmadığı bildirilib. Tərəflər İsrail Müdafiə Qüvvələrinin (IDF) qoşunlarının çıxarılmasının parametrlərini və qoşunların dəqiq marşrutunu müzakirə etməlidirlər.
Qəzetin yazdığına görə, yekun razılaşmalar yanvarın 15-də və ya 16-da ABŞ, Qətər və Misirin birgə bəyanatı formasında açıqlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 15 Yanvar 2025 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















