Icma.az
close
up
RU
Tiaqo Silva “Qarabağ”a fərq qoyulduğunu düşünür: “Hakimlər televizorda çox görünmək istəyir”

Tiaqo Silva “Qarabağ”a fərq qoyulduğunu düşünür: “Hakimlər televizorda çox görünmək istəyir”

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Zirə” Misli Premyer Liqasının VII turunda evdə “Neftçi” ilə 2:2 hesablı heç-heçə edib. “Qartallar”ın portuqaliyalı qapıçısı Tiaqo Silva matçdan sonra futbolinfo.az-a müsahibə verib:

– “Neftçi”yə qarşı oyunda qazanılan bir xalı qənaətbəxş hesab edirsiniz?

– Çətin oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Çempionatın iki güclü komandası qarşılaşdı. Əlbəttə, biz qalib gəlmək istəyirdik, amma alınmadı. Buna baxmayaraq, hər iki komandaya yaxşı mübarizəyə görə təbriklər düşür.

– Baş hakim Kamal Umudlunun verdiyi qərarlardan razı qaldınız?

– Oyunun bu qədər tez-tez dayanması futbolu çətinləşdirir. Hakimlər bəzən futbolçulardan çox televizorda görünmək istəyirlər. Biz oynamaq istəyirik, amma imkan vermirlər. Penalti olub-olmaması barədə qərar üçün təxminən 10 dəqiqə gözlədik. Belə hallar daha sürətli və ədalətli şəkildə həll olunmalıdır. Məsələn, IV turda “Qarabağ”a qarşı oyunda buraxdığımız qolun düzgünlüyünə əmin deyiləm. Amma o vaxt hakim çox tez qərar verdi. Yəni VAR-dan öncə, artıq qərar bəlli olmuşdu. Bu dəfə isə onu görmədik.

– Niyə belə düşünürsünüz?

– Çünki o, “Qarabağ” idi. Amma bu oyunda “Zirə” üçün eyni dinamikliyi və qərarları görmədim. Biz “Qarabağ”a hörmətlə yanaşırıq, onların uğurlarına sevinirik. Necə ki, Çempionlar Liqasında sevinmişdik. Amma həm Premyer Liqada, həm də Avropada biz yalnız ədalətli hakim idarəçiliyi istəyirik. Əminəm ki, bu vəziyyət “Qarabağ”ın xeyrinə olsaydı, hakim dərhal “qol” deyib, sonra VAR-a baxardı. Mən sadəcə istəyirəm ki, hamıya eyni münasibət göstərilsin. Kaş “Qarabağ”a qarşı yanaşma bizə də olardı.

– Yəni 90+5-ci dəqiqədə sizin lehinizə qərar verildi, amma “ağ-qaralar” və futbol ictimaiyyətinin əksəriyyəti bunu haqsız hesab etdi. Bu qərar yerində idi?

– Mən azarkeşlərin emosiyanallığını anlayıram. Amma orada ayaq tapdanması vardı. Hakim də buna görə elə qərar verdi.

– Milli fasiləyə hansı ab-havada yollanırsınız?

– İndi istirahət vaxtıdır. Milli komandaya gedən futbolçularımızı gözləyirik. Onlara uğurlar arzulayıram. Qayıdandan sonra bizi qalib gəlməli olduğumuz oyunlar gözləyir.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Oktyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see157

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see138

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri