Icma.az
close
up
RU
Menu

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

“Həkim məsləhəti” rubrikamızda

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

Bakıda və bölgələrdə işıq sönəcək

Azərbaycan Tibb Universitetində Məzun Günü keçirib

Azərbaycan Tibb Universitetində Məzun Günü keçirib

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

İyunun 30-da Azərbaycan Tibb Universitetində (ATU) ənənəvi “Məzun Günü” qeyd olunub.

APA xəbər verir ki, tədbirdə tanınmış ictimai-siyasi xadimlər, səhiyyə işçiləri, universitet rəhbərliyi və digər rəsmi qonaqlar iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Səhiyyə naziri Teymur Musayev açılış nitqində məzunları təbrik edərək bu günün onların həyatında unudulmaz bir tarix kimi qalacağını bildirib.

Nazir çıxışında ölkədə səhiyyənin inkişafı, tibb təhsilinin gücləndirilməsi istiqamətində atılan addımlardan söz açıb. O vurğulayıb ki, əhalinin sağlamlığının qorunması Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindəndir:

“Ulu Öndər Heydər Əliyev səhiyyə sisteminin formalaşması və inkişafı üçün mühüm qərarlar verib. ATU-nun yeni tədris korpusunun inşası və ilk tədris klinikasının yaradılması da məhz onun adı ilə bağlıdır. Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın tibbi elm və təhsilə verdiyi töhfələr bu sahədə mənəvi örnəkdir.”
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə səhiyyə infrastrukturunun modernləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin artırılması sahəsində ciddi nailiyyətlər əldə olunub. Birinci vitse-prezident Mehriban Əliyevanın tibb işçilərinə göstərdiyi xüsusi diqqət və qayğı isə bu sahəyə verilən dəyərin təzahürüdür.
Sonda Teymur Musayev məzunlara müraciət edərək bildirib: “Həkimlər gündəlik həyatın qəhrəmanlarıdır. Öz biliklərinizə arxayın olun, cəsarətli və məsuliyyətli həkimlər kimi fəaliyyət göstərin. Bu çətin, lakin şərəfli yolda sizə uğurlar arzulayıram. Bir həmkar kimi aramıza xoş gəldiniz!”
ATU-nun rektoru, professor Gəray Gəraybəyli də çıxış edərək məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və onlara universitet adını daim uca tutmağı tövsiyə edib. Universitetin rektoru, professor Gəray Gəraybəyli bu gün məzunların təkcə diplom yox, həm də böyük məsuliyyət - insan həyatı, sağlamlığı, ümid və inam daşıyan bir öhdəlik aldıqlarını bildirib: “Bu andan etibarən tibb yalnız ixtisasınız deyil – həyat tərzinizdir. Həkim olmaq – yalnız xəstəni sağaltmaq deyil, ona ümid vermək, ona insanlığın ən böyük hədiyyəsini – qayğını bəxş etməkdir. Siz Hippokrat andını bu gün bir daha öz ürəyinizdə təzələyirsiniz”.
Rektor G.Gəraybəyli vurğulayıb ki, Ulu Öndərimizin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları təhsilimizin inkişafı naminə, həmişə seçilən tələbələri diqqət və qayğıdan kənarda saxlamır. Yüksək ballarla ATU-ya qəbul olunan tələbələrin Prezident Təqaüdü ilə mükafatlandırılması buna bariz nümunədir. Professor Gəray Gəraybəyli ATU-nun adını daşıyan hər bir məzunun bu etimadı doğruldacağını, çalışdığı yerdə öz peşəkarlığı və insanlığı ilə fərqlənəcəyindən əminliyini bildirib, onlara bol uğur, sağlam həyat, bitməz güc və şəfa verən əllər arzulayıb.
Daha sonra universitetin tədris departamentinin rəhbəri dosent Kamandar Yaqubov tərəfindən 2025-ci il məzunlarına həkim adının verilməsi ilə əlaqədar müvafiq əmr səsləndirilib. Tədbir zamanı 2024–2025-ci tədris ilində məzun olan tələbələrin statistikası açıqlanıb.
Qeyd olunub ki, 2024-2025-cü tədris ilində Azərbaycan Tibb Universitetinin 1235 məzunu olub. Onlardan 853 nəfəri Azərbaycan vətəndaşı, 382 nəfəri əcnəbilərdir. Əlavə olaraq, bu il ATU-nun “Hərbi feldşer” ixtisasından 45 nəfər məzun olur.
• I Müalicə-profilaktika fakültəsi – 356 nəfər
• II Müalicə-profilaktika fakültəsi – 310 nəfər
• “Tibbi profilaktika” – 40 nəfər
• “İctimai səhiyyə” – 61 nəfər
• “Fizioterapiya və tibbi reabilitasiya” – 34 nəfər
• “Tibb bacısı işi” – 32 nəfər
• “Stomatologiya” – 250 nəfər
• “Əczaçılıq” – 95 nəfər
• “Hərbi həkim” – 48 nəfər
• “Hərbi feldşer” – 45 nəfər
• İlk dəfə məzun verən “Hərbi stomatologiya” ixtisası – 9 nəfər
Daha sonra 34 nəfər əlaçı məzuna Səhiyyə naziri Teymur Musayev və rektor Gəray Gəraybəyli tərəfindən fərqlənmə diplomları təqdim olunub.
1. Hüseynova Nərmin Qurban qızı
2. Bayramlı Turan Sübhan oğlu
3. Sadıxova Samirə Araz qızı
4. Cəfərli Əli Gündüz oğlu
5. Məmmədov Məhəmməd Rəsul oğlu
6. Qafarova Nigar Elcan qızı
7. Zaid Mohammad
8. Al- Waieli Lana Ahmed Hisham
9. Hojjati Rozhan Hasan
10. Alpaşayev Rəşad Kazım oğlu
11. Hacıyeva Fidan İlfan qızı
12. Laçınova Nəzrin Elnur qızı
13. Seyfullayeva Fidan Yusif qızı
14. Əhmədli Fərid Əhməd oğlu
15. Beril Nisa Şahin Bünyami
16. Zeynep Sena Albayrak Yavuz
17. Abbaslı Kəsirə Elman qızı
18. Zeynalova Lalə Mikayıl qızı
19. Camalova Fatimə Vaqif qızı
20. Mikayılova Nuranə Ziyəddin qızı
21. Talışinskaya Dilşad Rüstəm qızı
22. Məmmədov Röyal Azər oğlu
23. Əhmədov Elnur Nəsimi oğlu
24. Atamova Mehin Eldar qızı
25. Senbol Ubada Michael Mohammad Ghassan
26. Senbol Chaled Jerry Mohammad Ghassan
27. Həsənova Kubra Qalib qızı
28. Mahmudova Ziba Mahmud qızı
29. Abbasova Jalə Namiq qızı
30. Lüzme Sarıyıldız Mehmet
31. Esra Altun Yunus
32. Heydər Ramil Məcid oğlu
33. Əlixanov Fariz Firuz oğlu
34. Babayev Elvin Dilavər oğlu
Məzunlar ənənəyə uyğun olaraq Hippokrat andı içərək əhalinin sağlamlığının keşiyində duracaqlarına söz veriblər. Hippokrat andı Hərbi Tibb Fakültəsinin məzunu Elşən Babayev tərəfindən oxunub.
ATU-nun professor-müəllim heyəti və valideynlər məzunları təbrik edərək, onlara gələcək peşə fəaliyyətlərində həkim adının müqəddəsliyini doğruldacaqlarına inandıqlarını söyləyiblər.
Mərasimdə ATU-da təhsil aldığı müddətdə universitetin ictimai həyatında fəal iştirak edən tələbələr də mükafatlandırılıb.
Professor Nazim Pənahov mükafatları I Müalicə-profilaktika fakültəsinin məzunu Minayə Yusifova, Əczaçılıq fakültəsinin məzunları Sona Əkbərli və Ofelya Məmmədovaya təqdim edib.
Professor Məlahət Sultan mükafatları II müalicə-profilaktika fakültəsinin məzunu Şəbnəm Kərimzadə və Stomatologiya fakültəsinin məzunu Nuray Allahverdiyevaya təqdim edib.
Dosent Cahangir Qasımov mükafatları Stomatologiya fakültəsinin məzunu Xəyal Fətullayev, II Müalicə-profilaktika fakültəsinin məzunu Ülkər Gülmalıyeva və İctimai səhiyyə fakültəsinin məzunu Məltəm Sahratlıya təqdim edib.
Nizami Adilov mükafatları İctimai səhiyyə fakültəsinin məzunu Nailə Əhmədova və Hərbi Tibb fakültəsinin məzunu Şahmar Məmmədova təqdim edib.
Dosent Orxan İsayev mükafatları Stomatologiya fakültəsinin məzunu Banıhashımıqarqarı Seyedehsafa və I Müalicə- profilaktika fakültəsinin məzunu Alras Mutaza təqdim edib.
Dosent Mahir Səfərov mükafatları I Müalicə-profilaktika fakültəsinin məzunu Fidan Mahmudova, Stomatologiya fakültəsinin məzunu Solmaz Seyfullayeva və İctimai səhiyyə fakültəsinin məzunu Nuranə Paşazadəyə təqdim edib.
İlqar Mehrabov mükafatları Əczaçılıq fakültəsinin məzunu Kənan Cəfərov və I Müalicə-profilaktika fakültəsinin məzunu Arzu Musayevaya təqdim edib.
Sonra məzun tələbələr adından çıxış edən I müalicə-profilaktika fakültəsinin məzunu Günel İsmayılzadəyə və Suriya Ərəb Respublikasının vətəndaşı Mutaz Alrasa ürək sözlərini səsləndiriblər. Qeyd edilib ki, hazırda ATU-da milli kadrlarla birgə 45 müxtəlif ölkədən - Türkiyə, İran, İordaniya, Suriya, İraq, Pakistan, Sudan, Rusiya Federasiyası, Yəmən, Fələstin, Misir, Nigeriya, Hindistan, Türkmənistan, Qazaxstan, Gürcüstan, Livan və s. kimi ölkələrdən çoxsaylı xarici tələbələr təhsil alır.
Sonra fakültələr üzrə məzun tələbələr arasında “Ən yaxşı müəllim” nominasiyası üzrə sorğunun nəticələri açıqlanıb, qalib müəllimlərə mükafatlar təqdim edilib.
I Müalicə-profilaktika fakültəsinin dekanı dosent Elşad Novruzov həmin fakültənin kafedralarından “Ən yaxşı müəllim” nominasiyası üzrə seçilmiş I uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Bayramovaya mükafatı təqdim edib.
II müalicə-profilaktika fakültəsinin dekanı dosent İsrail Məhərrəmbəyli və həmin fakültənin kafedralarından “Ən yaxşı müəllim” nominasiyası üzrə seçilmiş II Uşaq xəstəlikləri kafedrasının assistenti Aysel Süleymanlıya mükafatı təqdim edib.
Hərbi Tibb fakültəsinin rəisi Tibb xidməti polkovniki Məharət Rzayev Həmin fakültənin kafedralarından “Ən yaxşı müəllim” nominasiyası üzrə seçilmiş Hərbi cərrahiyyə kafedrasının müəllimi, Tibb xidməti polkovniki Çingiz Quliyevə mükafatı təqdim edib.
İctimai səhiyyə fakültəsinin dekanı dosent Qalina Qəniyeva və həmin fakültənin kafedralarından “Ən yaxşı müəllim” nominasiyası üzrə seçilmiş Fizioterapiya və tibbi reabilitasiya kafedrasının assistenti Rəna Səmədovaya mükafatı təqdim edib.
Stomatologiya fakültəsinin dekanı dosent Elmira Əliyeva və həmin fakültənin kafedralarından “Ən yaxşı müəllim” nominasiyası üzrə seçilmiş Ortopedik stomatologiya kafedrasının assistenti Həcər İsmayılovaya mükafatı təqdim edib.

Əczaçılıq fakültəsinin dekanı dosent Fərəh Mədətli və həmin fakültənin kafedralarından “Ən yaxşı müəllim” nominasiyası üzrə seçilmiş Əczaçılıq kimyası kafedrasının dosenti Cəmilə Yusifovaya mükafatı təqdim edib.
Mərasimdə hər fakültənin fəlaiyyətinə dair qısa video-çarxlar da nümayiş etdirilib.
Azərbaycan Tibb Universitetinin “Şəfa” ansamblının üzvləri tərəfindən universitetin himni ifa olunduqdan sonra hərbi fakültənin məzun tələbələri təntənəli sıra keçidi baş tutub. Qeyd edək ki, bu il 57 nəfər hərbi həkim Vətənə xidmətə yollanır.
Tədbir sənət adamlarının iştirakı ilə təşkil olunmuş konsert proqramı ilə başa çatıb. Tələbələr də səhnədə çıxış edərək tanınmış ifaçılarla birgə bayram ovqatını bölüşüblər. Universitetin hərbi fakültəsinin tələbələrinin vətənpərvərlik ruhunda ifaları tədbirə xüsusi rəng qatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:355
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 İyul 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see254

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see239

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see236

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see235

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see227

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see221

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see220

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see216

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see214

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see213

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see211

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see210

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see204

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see195

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see193

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see188

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see184

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see182

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see174

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri