Icma.az
close
up
RU
Tibbi Yardım Stansiyasında qalmaqal VİDEO

Tibbi Yardım Stansiyasında qalmaqal VİDEO

Icma.az bildirir, Mia.az portalına istinadən.

6 saylı Binəqədi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının müdiri Billur Tağıyevanın işçiləri incitməsi ilə bağlı iddialar yayılıb. 
Sosial şəbəkələrdə yayılan görüntülərdə işçilərdən birinin halının pisləşdiyi, digər əməkdaşların ona yardım etdiyi görünür.
Görüntülərin onun kabinetində gizli şəkildə qeydə alındığı bildirilir. 
İddia olunur ki, B. Tağıyeva işçilərlə çox kobud davranır, onlara qarşı xoş olmayan rəftar sərgiləyir.
Yayılan ittihamlarla bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, B.Tağıyeva ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.
“16 saylı Binəqədi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının müdiri Büllur Tağıyeva və bəzi əməkdaşlarla bağlı yayılan videogörüntü tərəfimizdən araşdırılıb.
Sözügedən hadisə iki il əvvəl baş verib. Araşdırma zamanı müəyyən olunub ki, stansiyada çalışan xadimə və tibb bacısı arasında yaranmış mübahisə ilə əlaqədar stansiya müdiri Büllur Tağıyeva məsələni aydınlaşdırmaq məqsədilə əməkdaşları otağına dəvət edib. Müzakirə zamanı tibb bacısı stres səbəbindən özünü pis hiss edərək huşunu itirib və yerə yıxılıb. Dərhal onun vəziyyəti qiymətləndirilib, tibbi yardım göstərilməsi üçün tibb işçiləri cəlb olunub.
Sonradan əməkdaşlar arasında yaranmış anlaşılmazlıq aradan qaldırılıb və məsələ həllini tapıb. Aparılan araşdırma zamanı əməkdaşlara qarşı hər hansı psixoloji təzyiq və ya etik davranış normalarından kənar hərəkət halları müəyyən edilməyib”.
Qeyd edək ki, daha əvvəl də B.Tağıyevanın adı qalmaqalla gündəmə gəlib. Mətbuatda onun işçilərdən rüşvət alması ilə bağlı məlumatlar yayılsa da, özü iddiaları təkzib etmişdi. (Qafqazinfo)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://mia.az
archiveBu xəbər 03 Mart 2026 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri