Icma.az
close
up
RU
Tiflis sabah qarışa bilər

Tiflis sabah qarışa bilər

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Özünü hələ də prezident sayan Zurabaşvili və müxalifət yeni seçkilərin keçirilməsini tələb edəcəklər.

Bakıvaxtı.az musavat.com-a istinadən xəbər verir ki, martın 31-də Tiflis küçələri yenidən qarışa bilər. Buna səbəb  Gürcüstanın beşinci prezidenti Salome Zurabişvilinin yeni seçkilər keçirilməsi tələbi ilə aksiya keçirmək təəbbüsüdür. O, parlament seçkilərindən və yeni prezident Mixail Kavelaşvilinin andiçmə mərasimindən sonra səlahiyyət müddətinin başa çatmasına baxmayaraq, özünü hələ də “qanuni prezident” hesab edir.

Aksiya üçün tarixin seçilməsi də təsadüfi deyil.   1991-ci ilin 31 martında  Gürcüstan sakinlərinin 98%-nin SSRİ-ni tərk etməyə səs verdiyi referendumun ildönümü qeyd olunacaq. “İndi ölkəni Putinin marionetləri idarə etdiyinə görə Gürcüstanın müstəqilliyinin taleyi 34 il əvvəl olduğu kimi xalqın iradəsindən asılıdır”, - deyə müxalifətin bəyanatında bildirilir.

Ötən il oktyabrın 26-da “Gürcü arzusu”nun səslərin təxminən 54%-ni aldığı səsvermənin rəsmi nəticələrini müxalifət “gürcü xalqının həqiqi iradəsini əks etdirmədiyi” hesab edir.

Uzun müddətdir ki, mərkəzi Rustaveli prospektində, parlament binasının yaxınlığında, müxalifətin  “səssiz aksiyası” davam edir. Onlar hər axşam prospektin yolunu bağlayır və orada səssizcə dayanaraq əsas tələbləri olan plakatlar asırlar. Axşamlar Rustaveli prospektindəki mitinqə müxtəlif peşə və sosial qrupların nümayəndələri də qoşulur.

Keçmiş nazir, hazırda müxalifətdə olan Paata Zakareişvili “Kommersant”a deyib ki,  minlərlə insanın mitinqinin keçiriləcəyi 31 martı gözləyir. Onun sözlərinə görə, nə iqtidarın, nə də müxalifətin “hələ həlledici zərbə potensialı yoxdur” və “hər iki tərəf rəqibin yorulmasını gözləyir”. 

Bu arada, Mixail Saakaşvilinin partiyası həmkarlarını keçmiş prezidentin azadlığa buraxılması üçün kifayət qədər fəallıq göstərmədiklərinə görə qınayıb.  Partiya funksioneri Petr Tsiskarişvilinin sözlərinə görə, “Saakaşvili müxalifətdə ən güclü fiqur olaraq qalır”. Xatırladaq ki,  Mixail Saakaşvili vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə 6 il həbs cəzası çəkib. Martın 12-də isə o, 2004-2013-cü illərdə prezident olarkən dövlət vəsaitlərini mənimsəməkdə təqsirli bilinərək əlavə olaraq doqquz il azadlıqdan məhrum edilib. Digər müxalifət liderləri – Mamuka Xazaradze, Nika Qvaramiya, Giorgi Qaxariya, həqiqətən də, ölkənin üçüncü prezidentinin azadlığa buraxılması məsələsini irəli sürmürlər və hətta onu siyasi məhbus adlandırmırlar. Onlar öz mövqelərini Mixail Saakaşvilinin seçiciləri arasında qeyri-populyar olması ilə izah edirlər.

Gürcüstan hakimiyyəti  bundan əvvəlki icazəsiz aksiyalarda  iştirak edən yüzlərlə dövlət qulluqçusunu “idarənin yenidən təşkili” bəhanəsi ilə işdən çıxarılıb. Onlarla tələbə universitetlərdən xaric edilib. Dekabrda baş verən qarşıdurmalar zamanı  zorakılıq və dövlət əmlakına ziyan vurmaq ittihamı ilə 50-dən çox adam həbs edilib və onlar da məhkəmə hökmünü gözləyirlər.

Eyni zamanda, hakim partiya qanunvericiliyi də sərtləşdirir, xüsusən də “Xarici agentlərin qeydiyyatı haqqında” yeni qanunu birinci oxunuşda artıq qəbul edib, “dövlətə xəyanət” maddəsini Cinayət Məcəlləsinə qaytarıb.  

Gürcüstanın müxalifət partiyaları “Gürcü arzusu” və onun yaradıcısı Bidzina İvanişviliyə qarşı sərt sanksiyaların tətbiqi üçün Qərbdə fəal işləyirlər. Onların səyləri indi əsasən Londona yönəlib, çünki  İvanişvilinin  əmlaklarının əhəmiyyətli hissəsi Britaniyanın ofşor zonalarında yerləşir.

Bəzi müxalifət  liderləri  indiki etirazların  səviyyəsini yetərsiz hesab edirlər. Məsələn,  Liberllar  Partiyasının qurucusu Zurab Caparidze əmindir ki, vəziyyəti ancaq “dərin iqtisadi böhran” dəyişə bilər. Və siyasətçinin fikrincə, bu, o zaman baş verəcək ki, Qərb Gürcüstana bütün maliyyə yardımlarını dayandırsın, vətəndaşlar vergi ödəməyi dayandırsın, qaz və elektrik enerjisi haqqını ödəməkdən imtina etsin, Qara dənizin Poti və Batumi limanları isə tam tətil elan etsin. 

Beləliklə, Türkiyədəki gərginlikdən sonra qonşu Gürcüstanda da vəziyyət gərginləşə bilər. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 Mart 2025 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see359

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see316

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see310

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see300

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see250

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see246

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see244

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see242

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see235

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see197

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see188

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see186

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see184

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see181

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see179

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see177

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see174

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see170

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri