Icma.az
close
up
RU
Tiflis Tramp yolu ndan qorxur

Tiflis Tramp yolu ndan qorxur

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu sözləri Gürcüstanın Nəqliyyat Dəhlizi Tədqiqatları Mərkəzinin direktoru Paata Çaqareişvili İrəvanda keçirilən "Orbeli Forumu 2025: Sülhün və çoxtərəfli əməkdaşlığın inşası" beynəlxalq konfransında dilə gətirib. Onun fikrincə, regionda meydana gələn "nəqliyyat islahatları" çərçivəsində əvvəla avtomobil yolları açılacaq.
"Dəmir yolunun Ermənistandan keçən hissəsi hələ qeyri-müəyyən vəziyyətdə qaldığına görə bu xidmətin açılması hələ təqribən 5-6 il çəkəcək. Region ölkələri bu müddəti logistika marşrutları üzərində təhlillər aparmaq, onları yenidən qurmaq üçün işlədə bilərlər. Gürcüstana gəlincə, ərazimizdən hər il təqribən 18-20 milyon ton yük daşınır; yeni şəraitdə isə bu yükdaşıma axınının 15-20%-ni itirmək təhlükəsi var. Bu, böyük itkidir. Gürcüstan öz rəqabət qabiliyyətini qorumaq məqsədlə addımlar atmalı, tarif siyasətini nəzərdən keçirməli, infrastrukturu möhkəmləndirməli, yük daşıyıcılarında ölkəmizə maraq oyatmalıdır", - mütəxəssis bildirib.

(Gürcüstanın Nəqliyyat Dəhlizi Tədqiqatları Mərkəzinin direktoru Paata Çaqareişvili)
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" adlanacağını bildirib. Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 15-də ABŞ-nin "Fox News" telekanalına müsahibəsində, eləcə də sonrakı çıxışlarında söyləyib ki, imzalanmış saziş və bəyannamədə bütün tərəflər üçün, o cümlədən İran və Rusiya üçün nəzərəçarpan real faydalar var. Eyni zamanda, İran Prezidenti Məsud Pezeşkiyanın avqustun 19-da İrəvana səfəri əsnasında da bu məsələ qiymətləndirilib. O, bu layihələri müsbət qiymətləndirib.
Kavelaşvili Trampa: "Bəs Gürcüstan?"
Hələ sentyabrın 1-də Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ölkəsinin bu layihədən kənarda saxlanılması ilə əlaqədar öz "təəssüf"ünü dilə gətirmişdi. O, Donald Trampa ünvanladığı açıq məktubda yazırdı:
"Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına uğurla kömək göstərdiniz, Türkiyə ilə fəal əməkdaşlıq qurdunuz, hətta Rusiya Prezidenti Vladimir Putinlə tərəfdaşlığı canlandırdınız. Halbuki sizin hökumətiniz Gürcüstan haqqında bir kəlmə də dilə gətirmir. Dediyim kimi, belə bir münasibət cəmiyyətimizdə çaşqınlıq yaradır. Deyirlər, son bir neçə ayda dünyanın yarısında vəziyyəti dəyişmisiniz, ancaq hökumətinizin ölkəmizə diqqət göstərmədiyini nəzərə alsaq, regionda sülh naminə atdığınız addımların səmimiliyi şübhə doğurur".
Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azvision.az
archiveBu xəbər 05 Noyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see235

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see226

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see223

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see219

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see213

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see208

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see206

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see203

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see202

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see198

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see196

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see193

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see193

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see193

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see192

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see192

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see190

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see189

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see186

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri