Tiflisdə aksiya: 43 nəfər saxlanıldı, 32 polis yaralandı
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gürcüstan parlamentinin yaxınlığında keçirilən etiraz aksiyası zamanı 43 nəfər saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.
“Daxili İşlər Nazirliyi qeyd edib ki, 43 nəfərin hamısı polisin qanuni tələblərinə tabe olmadıqlarına və xırda xuliqanlığa görə saxlanılıb. Aksiya zamanı etirazçılardan bəziləri dəfələrlə təxribat xarakterli hərəkətlər ediblər”, - məlumatda deyilir.
Həmçinin toqquşmalarda 32 polisin xəsarət aldığı da vurğulanıb.
Qeyd edək ki, ötən gün Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını və qrantlardan imtina etdiyini bildirib. Bunun ardınca müxalifət Tiflisdə geniş aksiyalara başlayıb. Aksiyaya Prezident Zurabişvili də qatılıb və ölkədə konstitusion çevriliş baş verdiyini iddia edib.
Baxış sayı:106
Bu xəbər 29 Noyabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















