Tiflisdə aksiya: Parlamentin 48 otağı dağıdıldı
Gürcüstan parlamentinin qarşısındakı aqressiv etirazçılar binaya çöldən hücum edərək pəncərələri sındıraraq 48 otağa ziyan vurubla.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
“Mətbuatın yaratdığı mənzərə sayəsində yəqin ki, çoxları düşünür ki, etirazçılar parlamentə girə bilməyiblər. Amma bir gün əvvəl baş verən hücumda 48 iş otağının, demək olar ki, Çiçinadze və Rustaveli küçələri tərəfindəki pəncərələr zədələnmişdi. Çiçinadze küçəsindən parlamentin mərkəzi binasının istilik və soyutma qurğuları dağıdılıb, təlim mərkəzinin anbarları və laboratoriyası zədələnib, parlamentin Çiçinadze küçəsinə baxan tərəfindəki yeməkxana tamamilə dağılıb”, – Papuaşvili bildirib.
O qeyd edib ki, etirazçılar binanın fasadının işıqlandırma sisteminə ziyan vurub, naqilləri yandırıb, binanın sütunlarını işıqlandıran işıqları söküblər.