Tiflisdə atışma: İş adamı öldürüldü
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Ötən gecə Tiflisdə qətl hadisəsi törədilib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, şəhərin mərkəzi Çavçavadze prospektində 58 yaşlı kişi maşından açılan atəş nəticəsində ölüb.
Onu müşayiət edən 50 yaşlı şəxs isə ayağından yaralanıb. O, xəstəxanaya çatdırılıb.
Şahidlərin sözlərinə görə, hadisə yerində 10-a yaxın atəş səsi eşidilib. Onlar qatili görmədiklərini qeyd ediblər.
Qətlə yetirilmiş şəxsin Tiflisin Vake rayonunda qohumunun dəfn mərasimində iştirak etdiyi bildirilib. Qohumlarının sözlərinə görə, o, Moskvada bizneslə məşğul olub və işi ilə bağlı hər hansı problemi barədə eşitməyiblər.
Faktla bağlı iki – “qəsdən adam öldürmə” və “qanunsuz odlu silah əldə etmə, saxlama və gəzdirmə” maddələri üzrə istintaq aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 15 Mart 2025 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















