Icma.az
close
up
RU
Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Təxminən 20 il öncə Tiflisdə olanda şəhərin mərkəzində qazıntılar zamanı qədim şəhərin qalıqları üzə çıxmışdı. Həmin ərəfədə orada idim və qalıqları şəxsən görmüşəm. Tapılan şəhərin türklərə aid olduğu məlum olan kimi gürcülər dərhal oranın üstünü bağladılar və asfalt çəkib yol elədilər.

Tiflis - başdan ayağa türk şəhəridir, Azərbaycan tarixinə aiddir. Şəhəri gəzdikcə buna tam əmin olursan. Gürcülər bu izi silmək üçün Çar Rusiyası, Sovet zamanı və bu günün özündə də belə cidd-cəhdlə saxtakarlıq edirlər. Ən çox da Saakaşvili dövründə baş verib belə saxtakarlıqlar.

Toponim, oykonim, oymonimlər dəyişdirilir, abidələr, mədəni irsimizə aid hər şey gürcüləşdirilir. Hətta Narınqalada olan peşəkarlar da bilirlər ki, orda tikilən kilsə son 120 ilə aiddir və gürcülər qəsdən orda onu tikiblər ki, özlərinin "qədim" olmalarını "sübut" etsinlər.

Ata sümüyünə xəyanət edən gürcülər bilmirlər ki, bu gün onlar dövlət kimi mövcuddurlarsa, Burcuoğullarına və Nadir Şaha borcludurular. Görün nə qədər bu gəlmə xalq irəli gedirsə, Keşikçidağ, Gümrük və digər abidələrə göz dikir.

Onlar tarix boyu Azərbaycana aid hər şeyi oğurlamaqla məşğul olublar.

Məşhur Gəncə qapıları ilə yanaşı, Gürcüstan muzeylərində və arxivlərində Azərbaycana məxsus dövlətçilik rəmzləri, epiqrafik abidələr, əlyazmalar və arxeoloji tapıntılar saxlanılır və bunlar açıq-aşkar oğurluq hesab olunur.

Onların əlində bizdən oğurlanan yüzlərlə mədəni irsə aid əşya var. Onların ilk olaraq arxivlərində bizə aid minlərlə sənəd, əlyazmalar, ilkin qaynaqlar və nələr-nələr var. Təkcə bir faktı yazacam. Avropada Səfəvi dövlətinin səfiri olan Oruc bəy Bayatın əlyazmaları uzun illər Tiflisdə məxfi qrif altında gizli saxlanılıb, bizlər onu üzə çıxarana qədər.

XIX əsrdə xanlıqların işğalı və müharibələr dövründə döyüş meydanlarından qənimət kimi götürülən tarixi bayraqlar Tiflisdəki Qafqaz Hərbi Tarix Muzeyində saxlanılır.

1902-ci ildə Şəkinin Dəhnə kəndində aşkar edilmiş, eramızın II əsrinə aid olan və üzərində yunanca yazı olan qəbirüstü daş abidə hazırda Tiflis Dövlət Tarix Muzeyində nümayiş etdirilir.

Naxçıvanın Duzdağ mədənindən tapılan və eramızdan əvvəl III–II minilliklərə aid olan qədim daş və sümük əmək alətlərinin bir qismi Tiflis muzeylərinə aparılıb.

Şeyx Səfi türbəsindəki zəngin kitabxana ruslar tərəfindən Tiflisə gətirilib və burda gizlədilir. Bu günə qədər də icazə vermirlər onları tədqiq edək.

İrəvan Sərdar Sarayının nadir əşyaları və güzgüləri gürcülərin əlindədir. Azərbaycan xanlarının şəxsi kolleksiyalarına aid olan unikal hərbi qənimətlər gürcülərin əlindədir. Tayı-bərabəri olmayan Azərbaycan xalça və toxuculuq nümunələri də onların əlindədir.

Hətta Azərbaycan qədim dövlətlərinə aid numizmatika nümunələri belə onlar tərəfindən oğurlanıb aparılıb. Atropatena, Albaniya, Manna və digər tarixi dövlətlərimizə aid çox şey gürcülərin "işğalına" məruz qalıb.

E.ə. II–I minilliklərə aid Xocalı-Gədəbəy mədəniyyətinin parçası olan tunc kəmərlər, bürünc fiqurlar, heyvan təsvirli qablar və qədim gil küplər elmi araşdırma bəhanəsi ilə Tiflisə daşınmış və geri qaytarılmamışdır.

İrəvan xanı Hüseynquluya məxsus taxt belə Sərdar Sarayından oğurlanıb Gürcüstana aparılıb. Daha dəhşətli fakt budur ki, XIX əsrdə çar mühəndisləri tərəfindən Şəki Xan Sarayında təmir və bərpa işləri aparılarkən, sarayın divarlarındakı bəzi nadir miniatur rəsmlər divardan xüsusi üsulla qopardılaraq Gürcüstanda gizlədilir.

Marağa Rəsədxanasına və Azərbaycan xalqına məxsus qədim astronomiya əşyaları harda saxlanılır? Əlbəttə, Gürcüstanda. Qafqaz Albaniyasına aid qeyri-adi gözmuncuqları və tunc kəmərlər belə orda saxlanılır.

Çoxsaylı belə faktlar yazaram. Minlərlə əşyanın adını yazsam, kitab olar.

BTC hesabına özlərinə həyat quran, Rusiya ilə müharibə zamanı Azərbaycanın verdiyi qazla xilas olan gürcülər Zəngəzur dəhlizi məsələsi ortaya çıxan kimi öz simalarını ortaya qoydular...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:275
embedMənbə:https://axar.az
archiveBu xəbər 26 Sentyabr 2026 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri