Icma.az
close
up
RU
Tikinti şirkəti vətəndaşların başına oyun açıb? VİDEO

Tikinti şirkəti vətəndaşların başına oyun açıb? VİDEO

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xətai rayonunun Məhəmməd Hadi küçəsində yaşayan vətəndaşlar mənzillərinin təmiri ilə bağlı problem yaşadıqlarını bildirirlər.

Bakıvaxtı.az bu barədə Baku TV-yə istinadən xəbər verir.

Şikayətçilərdən birinin sözlərinə görə, 2025-ci ilin may ayında mənzilin təmiri üçün "IS Qrup" şirkəti ilə müqavilə bağlayıb və işlərin 5 ay ərzində başa çatdırılaraq təhvil verilməsi nəzərdə tutulub. Lakin müqavilədə nəzərdə tutulan müddət başa çatsa da, mənzildə təmir işləri tam yekunlaşdırılmayıb.

Başqa bir şikayətçi isə vəziyyəti belə izah edib:

"Müqaviləyə əsasən, təmir üçün 57 min manat ödəməli idik və bu məbləğin hamısını ödəmişik. Əlavə ödənişləri də nəzərə alsaq, şirkətə ümumilikdə 65 500 manat vermişik".

Şikayətçilər təmir zamanı müxtəlif problemlərin də yarandığını bildiriblər. Onların sözlərinə görə, elektrik və santexnika işlərində çatışmazlıqlar olub və bəzi işlərə şəxsən müdaxilə etmək məcburiyyətində qalıblar.

Məsələ ilə bağlı "IS Qrup" şirkətinin rəhbəri İlyas Mehmanoğlu isə bildirib ki, vətəndaşların iddiaları doğru deyil. Onun sözlərinə görə, işlərin ləngiməsində əsas səbəb sifarişçinin özü olub.

"Təmirin 3 ay yubanmasının səbəbkarı mənəm. Amma işlərin gecikməsində yalnız şirkət məsul deyil. Ceyhun adlı vətəndaş dəfələrlə işləri dayandırdı və müxtəlif səbəblərdən təmir prosesinə müdaxilə etdi. Buna baxmayaraq, oktyabr ayının sonuna qədər evin təhvil veriləcəyini bildirmişəm", - deyə şirkət rəhbəri sözlərinə əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Avqust 2026 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri