Icma.az
close
up
RU
Tikinti şirkətləri vətəndaşı necə aldadır? 5000 dən çox vətəndaş şikayətçidir

Tikinti şirkətləri vətəndaşı necə aldadır? 5000 dən çox vətəndaş şikayətçidir

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bu günə qədər ölkəmizdə müxtəlif tikinti şirkətləri tərəfindən aldadılmış və zərər çəkmiş vətəndaşların sayı 5250-dən artıqdır. Əvvəllər vahid dövlət reyestrinin və satış mexanizmlərinə nəzarətin olmaması tikinti şirkətlərinin sui-istifadə hallarına yol açırdı. Hazırda isə bir çox şirkətlər brend imicini qorumağa çalışdığı üçün aldatma halları azalsa da, risk tam aradan qalxmayıb".
Bunu Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. 
Onun sözlərinə görə, xüsusilə tikilməkdə olan binalardan mənzil alınarkən vətəndaşlar şirkətin təqdim etdiyi sənədlərə inanmağa məcbur qalırlar:
"Buna görə də ekspertlər məsləhət görür ki, alıcılar müqaviləli mənzil almazdan əvvəl mütləq bir vəkil və ya hüquqşünasın xidmətinə müraciət etsinlər. Hüquqşünas şirkət, sənədlər və tikilinin statusu ilə bağlı lazım olan sorğuları apararaq mənzilin təhlükəsiz olub-olmadığını əvvəlcədən müəyyən edə bilər".
Ekspert bildirib ki, bazar qiymətindən xeyli ucuz təklif olunan mənzillər yüksək risk daşıyır:
"Belə hallarda əmlakın sənədlərində və hüquqi statusunda problem olma ehtimalı böyükdür. Çıxarışlı mənzillərdə isə bu tip risklər minimumdur, çünki onların alqı-satqısı yalnız rəsmi qaydada həyata keçirilir. Vətəndaşlara çıxarışlı mənzilləri yalnız birbaşa əmlak sahibindən rəsmi müqavilə ilə almaq tövsiyə olunur".
Onun sözlərinə görə, hazırda ölkədə yüz minlərlə çıxarışı olmayan fərdi yaşayış evi mövcuddur və onların satışı çox zaman etibarnamə, qarşılıqlı razılıq və ya kommunal sayğacların ad dəyişikliyi ilə icra edilir:
"Bu isə ciddi təhlükə yaradır. Çünki bəzi ərazilərdə gələcəkdə çıxarış verilməsi mümkün deyil və həmin evlərin dövlət tərəfindən sökülməsi ehtimalı da var. Bu səbəbdən alıcılar bu tip əmlaklarla bağlı xüsusilə ehtiyatlı olmalıdırlar".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Dekabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri