Icma.az
close
up
RU
Tikinti üzrə komissiyanın iclası keçirilib, şirkət və sakinlər arasında baş verən son hadisələr müzakirə edilib

Tikinti üzrə komissiyanın iclası keçirilib, şirkət və sakinlər arasında baş verən son hadisələr müzakirə edilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) inşaat və tikinti materialları istehsalı müəssisələri ilə iş komissiyasının iclası keçirilib.

ASK-dan AZƏRTAC-a bildirilib ki, iclasda vətəndaşların əmlak hüquqları, tikintidə təhlükəsizlik məsələləri, aparılan yoxlamalar müzakirə olunub. Hündür mərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətlərlə vətəndaşlar arasında yaranan mübahisəli məsələlər və çıxış yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.

İclasda, həmçinin “Yasamal Melissa Park”da baş verən hadisə ilə bağlı video nümayiş olunub. Tikinti şirkətləri bu hadisənin səbəbləri və çıxış yolları haqqında fikir və rəylərini bölüşüblər. Komissiya üzvləri bildiriblər ki, konkret bu hadisədə tikinti şirkətinin atdığı addım etik və praktik deyil.

Paytaxtda gedən tikinti prosesləri zamanı müəyyən ərazidə sakinlərin 70-80 faizi köçürüldüyü halda, bir neçə sakinin razılaşmaq istəməməsi ciddi problemlər yaradır. Sahibkarlar hesab edirlər ki, bununla bağlı müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi və uyğun prosedurların müəyyən edilməsinə böyük ehtiyac var. Yalnız bu halda vətəndaş və sahibkar üz-üzə qalmayacaq, tikinti prosesində çəkilən əlavə xərclər, xüsusən də işlər başlamasa da sahibkarın ödədiyi kirayə haqları, götürdüyü kreditlər üzrə faizlər nəticədə daşınmaz əmlak bazarında formalaşan maya dəyərin artmasına səbəb olur. Hətta bir neçə analoji halda tikinti şirkətləri müflisləşmə ilə üzləşiblər. Ona görə də tikinti şirkətləri müəyyən qiymətləndirmə əmsallarının hazırlanmasını və köçürülmə proseslərinin də buna uyğun həyata keçirilməsini təklif ediblər.

Komissiyanın sədri Şahin Məmmədov səsləndirilən təkliflərin sənəd halında işlənərək müvafiq dövlət qurumlarına təqdim edilməsi barədə açıqlama verib. Sonra tikintidə təhlükəsizlik qaydaları ilə bağlı standartların tətbiqi məsələsinə toxunulub və komissiya üzvlərinə bu qaydalardan irəli gələn məsələlərə ciddi yanaşmaq tövsiyə edilib. Ş.Məmmədov qeyd edib ki, bədbəxt hadisələrin baş verdiyi iqtisadi sektorların önündə məhz tikinti sektoru gəldiyindən hər bir şirkət təhlükəsizlik riski üzrə ümumi dəyərləndirmə həyata keçirməlidir.

İclasda bəzi yoxlayıcı qurumların özəl şirkətlərdə apardığı yoxlamalara da diqqət yetirilib. Xüsusən də avadanlıqların yoxlanılması, şirkətlərə məxsus yük maşınlarının hərəkəti zamanı qanunsuzluq hallarının olduğunu bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri