Icma.az
close
up
RU
Tiktok və efir məzmunu uşaqların mənəvi sərhədlərini pozur Psixoloq

Tiktok və efir məzmunu uşaqların mənəvi sərhədlərini pozur Psixoloq

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Aytən Ələkbərzadə: “Uşaqları sosial şəbəkələrin kontent obyektinə çevirmək ən böyük təhlükədir”


“Valideynlərin ən yanlış davranışlarından biri uşaqların mənəvi inkişafına yön vermək əvəzinə, onları cəmiyyətin təsirinə buraxmaqdır”. 


Bu sözləri Sherg.az-a açıqlamasında psixoloq Aytən Ələkbərzadə deyib. Onun sözlərinə görə, uşaqların bu cür yetişməsində, yaşından böyük davranmasında onların izlədikləri efir məzmunlarının, sosial şəbəkə trendlərinin rolu danılmazdır: “Azyaşlı məktəb uşaqları ailələri ilə birlikdə oturub yaşlarına uyğun olmayan verilişlərə baxırlar. Hətta tiktokda və digər platformalarda gördüklərini təqlid edir, lağ-lağı tonunda videolar çəkib paylaşırlar. 

Bu, təkcə sadə bir əyləncə deyil, bu, uşağın düşüncə tərzinin təhrif olunmasına, erkən yaşda mənəvi sərhədlərin pozulmasına gətirib çıxarır. Uşaqların düşüncələrinin vaxtından əvvəl “böyüməsi” onların saf duyğularını zədələyir, kin-küdurət, eqo və aqressiya kimi mənfi emosiyaların formalaşmasına şərait yaradır. Ən təhlükəlisi isə odur ki, sosial şəbəkələr və bəzi verilişlər uşaqları istismar alətinə çevirir. Uşaqlar “kontent” yaratmaq üçün özlərini və başqalarını məsxərəyə qoyur, kiminsə izlənmə və bəyəniş naminə vasitəsinə çevrilirlər. Bizim dövrümüzdə valideynlər “müəllimin nə dedi, odur” prinsipinə sadiq idilər. Müəllimin sözünü kəsmək, ona qarşı çıxmaq qəbahət sayılırdı. Bu gün isə vəziyyət tam fərqlidir. İndiki valideynlər, təəssüf ki, bəzən uşaqlarını “demaqoq” kimi yetişdirirlər. Əgər valideyn özü müəllimi sosial şəbəkələrdə təhqir edir, səs yazılarını paylaşır, televiziyada adını hallandırmaqla təhdid edirsə, həmin mühitdə böyüyən uşaqdan nə cəmiyyətə, nə məktəbə hörmət gözləmək olar”.


Psixoloq qeyd edib ki, bu gün bəzi sosial səhifələr məktəb və müəllimlə bağlı qalmaqalları reytinq mövzusuna çevirib, təhqir və ittihamları “maraqlı kontent” kimi təqdim edirlər: 

“Onları izləyən uşaqlar da həmin davranışları normal sayır. Müəllim bir az tələbkar olan kimi, onu gizlincə çəkib sosial şəbəkəyə yerləşdirir, reytinq üçün milli-mənəvi dəyərləri, hörməti, etik qaydaları ayaqlar altına atırlar. Uşaqların gələcəyini qorumaq üçün onları “məzmun obyekti” deyil, şəxsiyyət kimi yetişdirmək lazımdır. Valideynlər, müəllimlər və cəmiyyət bu məsələdə birgə məsuliyyət daşıyırlar. Əks halda, uşaqların təmiz düşüncələri sosial şəbəkə alətlərinə çevriləcək və biz gələcək nəsli öz əlimizlə dəyərlərdən uzaqlaşdıracağıq”.

Xatırladaq ki, bir müddət əvvəl Ucar rayonunda 5-ci sinif şagirdinin məktəbə qəbul edilməməsi ilə bağlı yayılan video ölkə ictimaiyyətində geniş rezonans doğurmuşdu. Yeni dərs ilində təhsildən kənarda qaldığını bildirən azyaşlı, videomüraciətində məktəb direktorunu rüşvət və korrupsiya hallarında ittiham etmişdi. Uşaq əvvəlcə kənd məktəbində oxuduğunu, lakin artıq rayon mərkəzinə köçdüyü üçün Cümhuriyyət məktəbində təhsilini davam etdirmək istədiyini, buna baxmayaraq, direktorun “sistem bağlanıb” kimi bəhanələrlə onu məktəbə qəbul etmədiyini demişdi. Hadisə ictimai qınağa səbəb olsa da, məsələ təkcə bir şagirdin təhsil hüququ ilə bağlı deyil, uşağın bu formada ictimai müstəviyə çıxarılması da ciddi narahatlıq doğurdu. Sosial şəbəkələrdə və ekspert dairələrində səslənən fikirlərdə bildirilib ki, azyaşlıları bu cür müraciətlərə alət etmək yolverilməzdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Oktyabr 2025 03:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri