Icma.az
close
up
RU
Qadının fotolarını “TikTok”da yayacağı ilə hədələyən şəxsə cəza verildi

Qadının fotolarını “TikTok”da yayacağı ilə hədələyən şəxsə cəza verildi

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Qüdrət Dadaşovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, Qüdrət Dadaşov 10 sentyabr 2024-cü il tarixdən 15 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində mütəmadi olaraq yaşadığı ünvanında yerləşən evdən və işlədiyi Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən quşçuluq fabrikinin həyətindən “Whatsapp” vasitəsi ilə qeyri-rəsmi münasibətdə olmaqla bir neçə dəfə cinsi əlaqədə olduğu zərərçəkmiş Səbinə Əkbərova (ad, soyadı şərtidir) ilə danışıb, mesajlaşıb. Sonra o, Səbinəyə onda qadının lüt şəkillərinin olduğunu bildirib, həmin fotoları “TikTok” sosial səbəkəsində yayımlayacağını, ailəsində və qohumlarının yanında rüsvay olacağını, eləcə də, onunla olan qeyri-rəsmi münasibətlərindən hər kəsin, o cümlədən onun yaxın qohumlarının məlumatının olacağını deyərək hədələyib. Qüdrət hətta zərərçəkmiş şəxs ilə “Whatsapp” vasitəsi ilə danışan zaman çəkdiyi şəkilləri ona göndərib həqiqətən lüt şəkillərini də çəkdiyinə inandıraraq həmin məlumatları və şəkilləri “TikTok”da yaymaması, həmçinin bu barədə yaxın qohumlarına məlumat verməməsi müqabilində qadından 150 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Kamal Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://pravda.az
archiveBu xəbər 22 Aprel 2025 08:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see173

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see138

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see124

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see120

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see119

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see116

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see116

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see116

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see116

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see115

Maskın təklifi

08 İyun 2025 04:23see115

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see114

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see114

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see112

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see112

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see112

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri