Icma.az
close
up
RU
TikTokda saxta iş elanı: Bu əməli törədən şəxs məsuliyyətə cəlb edilməlidir Hüquqşünas

TikTokda saxta iş elanı: Bu əməli törədən şəxs məsuliyyətə cəlb edilməlidir Hüquqşünas

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"TikTok" sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin "xanımların işlə təmin edilməsi" və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldadılaraq ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub.

Bu barədə Daxili işlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən Hacıqabul rayonunda həyata keçirilən tədbirlərlə qeyd edilən kibertalama əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Yevlax rayon sakini Rüfət Cəfərov saxlanılıb.

Araşdırmalarla R.Cəfərovun sosial şəbəkələrdə özünü işədüzəltmə şirkətlərinin birinin nümayəndəsi kimi təqdim etdiyi və 57 nəfərin pul vəsaitlərini ələ keçirdiyi müəyyən edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Hüquqşünas Ramil Süleymanov “Sherg.az”a bildirib ki, şəxsin bu əməli mətbu orqanlarda gedibsə və eyni zamanda vurulmuş zərərlə bağlı şəxs barəsində şikayət varsa, bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinə uyğun olaraq cinayət işi başlanmalıdır: 


“Artıq burada zərərin həcmi müəyyənləşdirilməklə və yaxud da ki, istintaqa məlum olan digər məxsusi əsasları rəhbər tutmaqla buna uyğun olaraq, cinayət işi başlayacaq. Burada əsas məqam ondan ibarətdir ki, maddənin dispozisiyasında da göstərildiyi kimi bu şəxs 57 adamı aldadaraq və onların etibarından sui istifadə etməklə əmlaklarına sahib olub. Bu əməli törədən şəxs məsuliyyətə cəlb edilməlidir. Bildirmək istəyirəm ki, əgər şəxs tərəfindən vurulmuş zərər 500  manat və ya onun üzərindədirsə cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən başladılacaq. Bu maddənin sanksiyasına görə şəxsi 2 min manatdan 4min manata qədər cərimə cəzası və ya iki ilə qədər müddətdə azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilər. Əgər şəxs 5 min manatdan yuxarı zərər vurmuş olarsa,  və ya bir qrup qabaqcadan əlbir olan şəxslə birlikdə bu cinayəti törətmiş, öz qulluq mənafeyindən istifadə etməklə törətmiş olarsa və ya təkrar şəkildə etmiş olarsa, bu şəxsin əməli artıq maddənin ikinci hissəsinə uyğun şəkildə qiymətləndirəcək və ona iki ildən beş ilə qədər müddətdə azadlıqdan məhrumetmə cəzası təyin ediləcək. Bu maddənin tələblərinə görə şəxsin vurduğu, xeyli zərərin miqdarı 5 min manatdan 50 min manata qədər,  külli miqdar dedikdə 50 min manatdan 500 min manata qədər, xüsusilə külli miqdar dedikdə isə vurulmuş zərərin həcmi 500 min manatdan yuxarı olmalıdır. Belə olan təqdirdə artıq 178-ci maddənin müvafiq hissələrinə uyğun olaraq cinayət işi başlanılır və şəxs məsuliyyətə cəlb olunur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Yanvar 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri