“TikTok”da vətəndaşlar haqqında rüsvayedici məlumatlar yayılır DİN hərəkətə keçdi
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“TikTok” sosial şəbəkəsində vətəndaşlar haqqında rüsvayedici məlumatlar paylaşan səhifə haqqında araşdırma başlayıb.
“Cebheinfo.az” Musavat.com-a istinadən xəbər verir ki, “TikTok” sosial şəbəkəsində “aydan.quluzadə” adlı profildən vətəndaşlar haqqında rüsvayedici məlumatlar paylaşılır.
Həmçinin, eyni şəxslər instaqramda “lala_cavanova” adlı profildən oxşar paylaşımlar edirlər.
Sosial şəbəkə istifadəçisi olan şəxslərin özəl fotoları (xüsusilə toy fotoları), videoları adı çəkilən səhifələrdə təhqiredici formada təqdim edilir.
Musavat.com bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət edib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, qeyd edilən məsələ araşdırılır.
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 10 Fevral 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















