TikTok da buna da əl atdılar: Qadınların şəkli ilə... DİN işə başladı
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"TikTok"da səhifələrdən birinin insanların şəkillərindən istifadə edərək izləyici cəlb etdiyi iddia edilir.
Ölkə.Az xəbər verir ki, bu barədə jurnalist İlkin Muradov yazıb.
"TikTokda belə bir səhifə var. İnsanların sosial şəbəkələrdən foto və videolarını götürürlər. Üzərinə “iki ayın gəlinini başqa kişi ilə tutdular” başlığı ilə paylaşırlar. Videonun bioda olduğunu deyərək Teleqrama yönəldilir. Teleqramda belə videolar yoxdur. TikTok lap nəzarətdən çıxıb. İnsanların şərəf və ləyaqətini alçatmaq bu qədər asan olmamalıdır", - deyə o qeyd edib.
Ölkə.Az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə sorğu ünvanlayıb. Qurumdan saytımıza bildirilib ki, məsələ ilə bağlı hazırda ərazi polis orqanında təhqiqat araşdırması aparılır.
Billurə Yunus
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 10 Fevral 2025 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















