Tiktokerlər canlı yayım zamanı həbs olundu
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sosial şəbəkələrdə nalayiq ifadələr işlədən daha iki nəfər həbs olunub.
Moderator.az Modern.az-a istinadən xəbər verir ki, 39 yaşlı Fərhad İsmayılov və 38 yaşlı Nicat Səlimov (adlar şərti) sinif yoldaşları ilə birgə “tiktok” sosial şəbəkəsində canlı yayım açıblar. Bu zaman onlar, əxlaqsız fikirlər səsləndiriblər.
Onların hər ikisi polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərl) maddəsilə protokol tərtib olunub.
F. İsmayılov ifadəsində bildirib ki, hadisə zamanı sərxoş vəziyyətdə olub və əməlindən peşmandır. O, barəsində yüngül cəza verilməsini xahiş edib. Sinif yoldaşı Nicat isə izahatında qeyd edib ki, canlı yayım onun telefonundan açılıb. İzləyicilərdən biri təhqir yazandan sonra Fərhad da onu söyüb.
Məhkəmənin qərarı ilə F. İsmayılov və Nicat Səlimov hər biri 15 gün müddətinə inzibati qaydada həbs olunublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 11 Oktyabr 2026 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















